Icma.az
close
up
RU
Türkiyə növbədənkənar seçkiyə gedir? Ərdoğan namizəd olmasa, Azərbaycan…

Türkiyə növbədənkənar seçkiyə gedir? Ərdoğan namizəd olmasa, Azərbaycan…

Icma.az xəbər verir, Xalqcebhesi saytına əsaslanaraq.

Son günlər Türkiyədə növbədənkənar prezident seçkilərinin keçiriləcəyinə dair iddialar yayılıb. Bu iddialar daha çox Türkiyə müxalifətindən və müxalifətə bağlı media resursları üzərindən yayılır. Müxalifətin iddiası belədir ki, Prezident Rəcəb Tayyib Ərdoğan bir dönəm də prezident seçilmək istəyir və buna görə konstitusiyanı dəyişdirmək, habelə kürd elektoratın dəstəyini almaq üçün “Öcalan kartı”nı irəli sürür.
AKP hakimiyyətinin yürütdüyü daxili və xarici siyasət müəyyən qrupları narazı salır. Xüsusilə Türkiyə daxilində buna dair etirazlar artmaqdadır. Bütün bunlara baxmayaraq, Türkiyədə bu tezlikdə növbədənkənar prezident seçkilərinin keçirilməsi inandırıcı deyil. Bunun ən önəmli səbəbi seçkilərin 2023-cü ildə keçirilməsidir. Bir çoxu indiki məqamda AKP-nin seçkiyə getmək istədiyini desə də, əslində, belə deyil. Bu daha çox CHP və digər müxalifətin istəyidir.
CHP-nin nüfuzu artmaqdadır. AKP belə bir zamanda seçkiyə çətin ki, getsin. Digər tərəfdən konstitusiyada dəyişiklik olmadan seçkinin baş tutması, daha doğrusu, Əroğdanın yenidən prezident seçilməsi mümkün deyil.
CHP hazırda xüsusilə aktivdir. Bu aktivlik təkcə ölkə daxilində deyil, həm də xaricdə müşahidə edilir. Misal üçün Türkiyənin İstanbul şəhərinin bələdiyyə başqanı Əkrəm İmamoğlu BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP) çərçivəsində Azərbaycana gəldi. Bundan başqa, CHP başqanı Özgür Özəl də Bakı ilə son zamanlar yaxınlaşıb.
AKP növbədənkənar seçkilərə hazırlıqsız getsə, CHP-yə və onun namizədinə məğlub ola bilər. Buna görə də AKP növbəti seçkiyə qədər hazırlıq görəcək, ya da konstitusiyanı dəyişdirməyə çalışacaq.
Türkiyədə növbədənkənar prezident seçkiləri qədər, bu seçkilərin ehtimal nəticəsinin Bakı-Ankara münasibətlərinə təsiri də diqqət çəkir. Qeyd etmək olar ki, Türkiyədə seçkilərin nəticəsi iki ölkə münasibətlərinə təsir etməyəcək. Məsələ ondadır ki, münasibətlər hansısa partiya ya da şəxsin üzərində deyil, çoxşaxəli sistem, habelə tarixi etnik bağlar əsasında qurulub. R.T.Ərdoğan və AKP dövrü münasibətlərin zirvə nöqtəsi olsa da, sonrasında münasibətlərin pozulacağını gözləmək sadəlövhlükdür.
Misal üçün, İsrail Prezidenti İshaq Hersoq COP29-da iştirak üçün 19 noyabrda Bakıya planlaşdırılan səfərini ləğv edib. Məlum olub ki, Türkiyə hökuməti Hersoqun Bakıya uçması üçün hava məkanından istifadəyə icazə verməyib. Suriya, İraq və İran üzərindən uçuşun təhlükəli olması da nəticə etibarilə planlaşdırılan səfərin ləğvinə səbəb olub.
Bu və bu kimi hallar belə iki ölkənin münasibətlərinə zərər vurmur. Tərəflər hər dəfə ortaq məxrəcə gələ bilir. Bu mənada sabah CHP ya da başqa bir partiya iqtidara gələrsə, Azərbaycan-Türkiyə münasibətləri pozulmayacaq.

Politoloq Turan Rzayev

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:238
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 19 Noyabr 2024 16:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see358

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see277

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see276

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see274

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see266

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see265

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see263

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see260

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see256

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see241

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see239

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see234

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see231

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see230

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see228

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see210

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see209

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see205

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see205

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri