Icma.az
close
up
RU
Türkiyə nümayəndəsi: Sosial xidmətlərdə qoruyucu və qabaqlayıcı tədbirlər prioritet olmalıdır

Türkiyə nümayəndəsi: Sosial xidmətlərdə qoruyucu və qabaqlayıcı tədbirlər prioritet olmalıdır

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 26 sentyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Türkiyə Respublikasının Ailə və Sosial Xidmətlər Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən təlimlər çərçivəsində Türkiyə Respublikasının Ailə və Sosial Xidmətlər Nazirliyinin nümayəndəsi Ömər Çokgören sosial xidmətlərin təşkili ilə bağlı çıxış edib.

AZƏRTAC xəbər verir ki, Ö.Çokgören çətin həyat şəraitində yaşayan ailələr və uşaqlarla aparılan işdə valideynlərə yönəlmiş maarifləndirici proqramların həyata keçirilməsinin mühüm əhəmiyyət kəsb etdiyini bildirib. Onun sözlərinə görə, valideynlərə verilən bu təlimlər ailədaxili münasibətlərin möhkəmlənməsinə, uşaqların sosial problemlərə qarşı daha hazırlıqlı olmasına şərait yaradır: “Əgər ailə və valideyn maarifləndirməsi gücləndirilərsə, uşaqların ailədən alınaraq müxtəlif müəssisələrə yerləşdirilməsi kimi sonrakı sosial müdaxilələrin qarşısı əhəmiyyətli dərəcədə alına bilər. Bu baxımdan qoruyucu və önləyici xidmətlər sosial xidmət sisteminin ayrılmaz hissəsidir”.

Türkiyə, həmçinin sosial xidmətlərin hüquqi bazasının möhkəmləndirilməsinin vacibliyini vurğulayıb. O qeyd edib ki, müvafiq qanunvericilik və normativ-hüquqi aktlar praktikada mövcud olan tələblərlə üst-üstə düşməlidir: “Əgər normativ sənədlər sahədəki real vəziyyətə uyğun deyilsə, tətbiq edilən mexanizmlər təsirli ola bilməz. Bu səbəbdən peşəkar sosial işçilərin rəyləri nəzərə alınmalı, onların təcrübəsi qanunvericilik təşəbbüslərinə inteqrasiya edilməlidir”.

Çıxışında sosial araşdırma hesabatlarının hazırlanmasına da toxunan Ö.Çokgören qeyd edib ki, bu sənədlərdə faktların tam və əsaslı şəkildə əks olunması vacibdir. Onun fikrincə, hər hansı əsaslandırılmamış qeydlər sosial işçinin peşəkar fəaliyyətinə mənfi təsir göstərə bilər.

Türkiyə nümayəndəsi ailə institutunda baş verən dəyişikliklərə də diqqət çəkib. O, boşanma hallarının artdığını, doğum göstəricilərinin isə azaldığını vurğulayaraq bu tendensiyanın gələcəkdə cəmiyyət üçün risklər doğuracağını bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://azertag.az
archiveBu xəbər 26 Sentyabr 2025 12:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see257

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see225

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see200

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see187

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see187

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see183

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see156

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see155

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see154

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see151

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see146

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see146

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see143

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see143

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see142

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see139

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see137

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see136

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see136

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri