Icma.az
close
up
RU
Türkiyə, Pakistan və Azərbaycan əlaqələri yaxın dostluq bağları ilə xarakterizə olunur ANALİZ

Türkiyə, Pakistan və Azərbaycan əlaqələri yaxın dostluq bağları ilə xarakterizə olunur ANALİZ

Sherg.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Türkiyə, Pakistan, Azərbaycan və digər türk dövlətləri birgə əməkdaşlıq çərçivəsində yeni addımlar atacaq."

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Pakistanın baş naziri Şahbaz Şəriflə birgə mətbuat konfransı zamanı bildirib.

Ərdoğan Türkiyə ilə Pakistan arasında bütün sahələr üzrə anlayışın olduğunu, ölkəsinin Pakistanla ticarət, müdafiə sənayesi və digər sahələrdə əməkdaşlığı dərinləşdirmək niyyətində olduğunu vurğulayıb.


Milli Məclisin deputatı Aydın Hüseynov Sherg.az-a söyləyib ki, Türkiyə, Pakistan və Azərbaycan əlaqələri yaxın dostluq bağları ilə xarakterizə olunur:


"Hər iki qardaş ölkə Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdəndir. Azərbaycan Pakistan və Türkiyə bütün məsələlərdə bir-birilərini dəstəkləyir. Ermənistan-Azərbaycan münaqişəsində Pakistan və Türkiyə haqlı mövqeyimizi birmənalı şəkildə dəstəkləməklə yanaşı həm də ölkəmizə açıq dəstəyini nümayiş etdirdilər. Azərbaycanın haqq işini müdafiə etdilər. Bu qardaşlığın əsl nümunəsidir. Qardaş ölkələr Azərbaycana dəstək vermək və həmrəylik nümayiş etdirməklə bu günə kimi Ermənistanla diplomatik əlaqələr qurmayıblar, onu bir dövlət kimi tanımayıblar. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Pakistanın Baş naziri Şahbaz Şəriflə birgə mətbuat konfransında dediyi fikirlər fundamental dəyərlərə, ölkələrimiz arasında qardaşlıq bağlarına söykənir. Prezident Ərdoğanın dediyi kimi, Türkiyə, Pakistan, Azərbaycan və digər türk dövlətləri birgə əməkdaşlıq çərçivəsində yeni addımlar atacaqlar. Əməkdaşlığımız bölgədə sülh və sabitliyə mühüm töhfələr verəcək. Hər üç ölkə hər mövzuda uyğunluq içində hərəkət etməkdədir. İnanırıq ki, bundan sonra da Türkiyə, Pakistan, Azərbaycan və digər türk dövlətləri əməkdaşlıq istiqamətində önəmli addımlar atacaqlar".


Deputat vurğulayıb ki, Şahbaz Şərifin Türkiyəyə səfəri iki ölkə arasında bütün sahələr üzrə mövcud olan münasibətlərin daha da inkişaf etdirilməsi istiqamətində ciddi bir təkan olacaq:

"Müsbət məzmunlu münasibətlər iki ölkənin hüdudlarını aşmaqla qlobal problemlərin həllində birgə təşəbbüsləri əhatə edəcək. Ölkəmiz üçün əhəmiyyət kəsb edən məsələ isə mətbuat konfransı zamanı Azərbaycandan da söhbət açılmasıdır. Rəcəb Tayyip  Ərdoğanın "İnşallah, Türk Cümhuriyyətləri, xüsusilə Azərbaycan, Pakistan və Türkiyə ilə əməkdaşlıqda yeni addımlar atacağıq" deməsi qürurvericidir. Bu gələcək layihələrə Azərbaycanın da daxil olmasına işarədir".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://sherg.az
archiveBu xəbər 23 Aprel 2025 19:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see275

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see255

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see249

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see223

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see198

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see193

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see178

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see174

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see150

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see145

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see141

Qarabag ın baş məşqçisi: Bəhlulun bütün səhvlərini bu qola görə bağışlamaq olar

22 Yanvar 2026 01:55see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri