Icma.az
close
up
RU
Azərbaycan Pakistan əlaqələri iki milyard dollarlıq əməkdaşlığa doğru ANALİZ

Azərbaycan Pakistan əlaqələri iki milyard dollarlıq əməkdaşlığa doğru ANALİZ

Icma.az bildirir, Redaktor.az saytına əsaslanaraq.

Azərbaycan müstəqilliyini bərpa edəndən sonra onu dəstəkləyən ilk dövlətlərdən biri Pakistan olub. Rəsmi Bakı və İslamabad ötən 33 il ərzində qarşılıqlı münasibətlərdə strateji tərəfdaş kimi münasibətləri saxlayıblar.

Hakimiyyətlər dəyişsə də, iki dövlətin əlaqələri və əməkdaşlığı sabit qalıb, inkişaf edib.

Azərbaycan torpaqları işğal altında olanda Pakistan birmənalı şəkildə rəsmi Bakının haqlı mövqeyini müdafiə edib, ona yardım göstərib.

Azərbaycan Prezidenti İlham Əliyev 2022-ci il sentyabrın 16-da Səmərqənddə Pakistan İslam Respublikasının Baş naziri Şahbaz Şərif ilə görüşündə bildirmişdi: “Azərbaycan Cəmmu və Kəşmir məsələsində Pakistanın haqlı mövqeyini dəstəkləyir və bu məsələdə Pakistan ilə həmrəydir. Azərbaycan İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində Cəmmu və Kəşmir məsələsi üzrə kontakt qrupun üzvüdür”.

Onda Şahbaz Şərif demişdi: “Biz Azərbaycanın müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləmişik və bundan sonra da dəstəkləyəcəyik”.

Yeri gəlmişkən, 1949-cu ildə BMT Təhlükəsizlik Şurasının müdaxiləsindən sonra Kəşmirin şimal-qərbi Pakistana, üçdə iki hissəsi isə Hindistanın nəzarəti altına keçib. 1952-ci ilin iyulunda Kəşmirlə Hindistanın imzaladığı Dehli (Delhi) sazişinə əsasən Kəşmir ştat (Cammu və Kəşmir) statusunda Hindistanın tərkibinə daxil olub. Ötən illər ərzində Pakistanla Hindistan arasında Kəşmir məsələsi üzrə danışıqlar nəticə verməyib. Pakistanın bu bölgəyə olan iddiaları Hindistana nisbətən daha çox sübutlara əsaslanır.

Bütün hallarda bu məsələ Pakistanın inkişafı, təhlükəsizliyi və regional əməkdaşlığı üçün problem yaradır. İslamabad üçün Kəşmir həm də dost və düşmənlərini müəyyən etmək üçün bir lakmus rolundadır.

Rəsmi Bakının Cəmmu və Kəşmir münaqişəsi ilə bağlı mövqeyi 30 ildən artıqdır dəyişməzdir. Azərbaycan torpaqları işğal altında olanda belə bu məsələ ilə bağlı Pakistanın mövqeyini müdafiə edib.

Fevralın 24-də Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif Bakıya rəsmi dövlət səfəri edib. Ötən gün Prezident İlham Əliyevin və qonağı Məhəmməd Şahbaz Şərifin iştirakı ilə sənədlərin imzalanması və mübadiləsi mərasimi olub.

Qeyd edək ki, ötən il iyulun 11-də dövlət başçısı İlham Əliyevin bu İslam Respublikasına səfəri zamanı da bir sıra sənədlər imzalanmışdı. Ölkələrin Xarici İşlər nazirlikləri arasında konsulluq sahəsində əməkdaşlıq haqqında tranzit ticarət sazişi, özəlləşdirmə sahəsində əməkdaşlıq haqqında anlaşma memorandumu, mineral ehtiyatlar və geologiya sahəsində əməkdaşlıq haqqında anlaşma memorandumu, 2024-2029-cu illər üzrə mədəni mübadilə Proqramı və başqa istiqamətlər üzrə sənədlər imzalanmışdı.

İkitərəfli əməkdaşlığın genişlənməsi və inkişafı məsələsi, yuxarıda qeyd etdiyimiz memorandum və sazişlərlə bağlı fevralın 24-də Prezident İlham Əliyev və Baş nazir Məhəmməd Şahbaz Şərif biznes-forumda çıxışlarında da vurğulayıblar.

Azərbaycan lideri bildirib: “Bəzən bizim daha fəal biznes təmaslarımıza mane olan məsələ planlarımız, iqtisadi gündəliyimiz, infrastruktur layihələri ilə bağlı məlumatın olmamasıdır. Həmin boşluğu doldurmaq üçün bu cür toplantılar çox vacibdir. Çünki biznes-forum çərçivəsində müxtəlif təqdimatlar keçirilir, biznes imkanları təqdim edilir, hüquqi formatlar, vergi və gömrüklə bağlı məsələlər müzakirə olunur”.

Dövlət başçısının çıxışına əsasən, ikitərəfli əməkdaşlığın inkişafına dair aşağıdakı istiqamətləri müəyyənləşdirmək olar:

- şirkətlər arasında fəal əməkdaşlıq və ticarətin artması;

- iki ölkə arasındakı qardaşlıq münasibətlərinin biznes dairələri üçün yaxşı bir platforma olması;

- siyasi münasibətlərin qarşılıqlı sərmayə səviyyəsində öz əksini tapması;

- iki ölkə iqtisadiyyatına 2 milyard ABŞ dolları həcmində sərmayə yatırılması strategiyası;

- enerji sahəsində əməkdaşlığın inkişaf etdirilməsi;

- Şərq-Qərb və Şimal-Cənub iki marşrutu üzrə əməkdaşlıq;

- birgə istehsal müəssisələrinin yaradılması;

- işgüzar əlaqələri də siyasi səviyyəyə bərabər inkişaf etdirmək.

İki ölkə arasında ticarət əlaqələrinin zəif olduğunu Baş nazir də etiraf edib: “Təəssüf olsun ki, bu gün ticarətimiz 14 milyon dollara bərabərdir və bu, qətiyyən bizim siyasi səviyyədə olan münasibətlərimizi əks etdirmir. Bu gün biz artıq bəyan edə bilərik ki, sərmayələri qısa bir zamanda 2 milyard dollar səviyyəsinə çatdıracağıq. Bu, sadəcə, bəyanat deyil. Məsələn, Pakistandan idxal olunan “Basmati” düyüsünə Azərbaycanda əziz qardaşımın tapşırığına əsasən, tətbiq edilən rüsum aradan qaldırılıb və əminəm ki, Azərbaycanda istehsal olunan müəyyən məhsullar var ki, biz də onların Pakistanda satışını təşviq edə bilərik. Biz tarifləri aşağı sala bilərik”.

Məhəmməd Şahbaz Şərif Pakistanın “JF17” hərbi qırıcı təyyarəsi ilə bağlı Azərbaycanla ölkəsinin fəal işlər apardığını da qeyd edib. Baş nazir də iki ölkə arasında iqtisadi, ticarət və başqa istiqamətlərdə əməkdaşlığı inkişaf etdirmək, genişləndirmək üçün müəyyən boşluqlar qaldığını vurğulayıb: “Ona görə biz son tarixi müəyyən etmişik ki, aprel ayında cənab Prezidenti İslamabadda salamlayacağıq və həmin 2 milyardla bağlı sazişlər imzalanacaq”.

Prezidentlə hökumət başçısının görüşü Azərbaycan-Pakistan əlaqələrinin inkişafı perspektivlərinə yenidən baxış imkanlarını göstərib. İki dövlətin bir-biri üçün yerləşdikləri regionlarla bağlı strateji tərəfdaş olmaları üçün əlavə fürsət yaradıb. Bu, Azərbaycana Kəngər körfəzinə (Ərəb, Fars, Bəsrə körfəzinə də deyirlər) təhlükəsiz çıxışına töhfə verə bilər. Azərbaycan və Pakistanın əməkdaşlığı Cənubi Qafqazla körfəzin birləşməsi üçün imkan yaradacaq. İki ölkə arasında əməkdaşlığın inkişafı gələcəkdə Azərbaycan, Türkiyə və Pakistan arasında üçtərəfli əlaqələrin genişlənməsinə, strategiyasının yaranmasına təkan verər.

Pakistanın Cənubi Qafqazda fəallığının artması da Azərbaycanın regional maraqlarına dəstək ola bilər. Apreldə keçirilməsi nəzərdə tutulan zirvə toplantısı ölkələr arasında əməkdaşlığın növbəti mərhələyə keçməsinə bütün uyğun istiqamətlərdə yol açacaq.

Sədrəddin Soltan 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:84
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 25 Fevral 2025 15:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see278

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see274

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see256

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see228

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see201

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see196

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see172

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see169

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see161

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see160

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see160

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see155

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see154

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see147

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see145

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see141

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see140

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see140

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see139

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri