Icma.az
close
up
RU
Türk Dünyasının uğurlu gələcəyi, güclü Türkiyə və güclü Azərbaycanın mövcudluğundan asılıdır

Türk Dünyasının uğurlu gələcəyi, güclü Türkiyə və güclü Azərbaycanın mövcudluğundan asılıdır

Icma.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Türkiyə 1923-cü ilin 29 noyabrında Cümhuriyyət olaraq elan edilmiş və artıq mövcudluğunun 101-ci ilini qeyd edir. Bununla belə qeyd etmək lazımdır ki, Türkiyə türklərinin dövlətçilik tarixi - Səlcuqlular, Osmanlılar və bu dövlətlərin Azərbaycanla tarixi əlaqələri kifayət qədər qədimdir. Azərbaycan və Türkiyə haqqında söylənən “Bir millət, iki dövlət” ifadəsinin yaranmasına səbəb olan mədəni, tarixi-siyasi, iqtisadi, hərbi əməkdaşlıq və s. əlaqələr o qədər dərin və bağlar o qədər möhkəmdir ki, bu, sadəcə siyasi ifadə deyil, hər iki türk toplumunun qanına hopan və qardaşlıq ruhunda yansıyan reallıqdır”.

Bu barədə Bizimyol.info xəbər portalına Sosial Tədqiqatlar Mərkəzinin (STM) baş məsləhətçisi Şəhla Cəlilzadə danışıb.

Şəhla Cəlilzadə

Politoloq bildirib ki, Azərbaycan və Türkiyənin əsasını təşkil edən türklər bəlli zamandan etibarən fərqli coğrafiyalara köç edərək dövlətlər qurmuşlar: “Azərbaycan türklərinin yaratdığı Səfəvi dövlətinin dağılmasından sonra ortaya çıxan xanlıqlar dövründə belə Osmanlı ilə münasibətlər qorunmuş, Azərbaycan torpaqları Çar Rusiyası tərəfindən işğal olunandan sonra buradakı Qafqaz müsəlman topluluğunun əsasını təşkil edən Azərbaycan türkləri Osmanlı türklərindən yana olmuşdur. I Dünya Müharibəsində Sarıqamış döyüşləri zamanı Osmanlıya əks cəbhədə yer alan Çar Rusiyasının bir parçası olan Azərbaycanda, Bakıda “Qardaş Yardımı Komissiyası” qurulmuş, bu Komissiya vasitəsilə türklərə yardımlar daşınmış, Azərbaycan türkləri Çanaqqalaya gedərək Anadolunun azadlığı uğrunda şəhid olmuşdur. Həmçinin 20-ci əsrin əvvəlində Osmanlı dövləti Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasına dəstək vermiş, Osmanlının yardımı ilə Bakı 1918-ci ildə işğalçılardan azad olunmuşdur. Azərbaycan və Türkiyə uzun zaman fərqli tarixi-siyasi formasiyaların içərisində olmasına baxmayaraq hər zaman mənəvi birlik içərisində olublar”.

Şəhla Cəlilzadə bildirib ki, SSRİ Türkiyənin Qərb imperialistlərinə qarşı İstiqlal Savaşında yardımları (200 kq-dan çox qızıl, silah, neft və s.) bu qardaşlıq amillərini nəzərə alaraq məhz Azərbaycan üzərindən daşımışdır: “Burada Azərbaycanın sərvətləri də önəmli yer tuturdu. Təkcə 1923-24-cü illərdə Sovet Azərbaycanından Türkiyəyə 16,4 min ton neft yardım olaraq göndərilmişdi. Beləliklə, Türkiyənin Cümhuriyyət və xarici işğalçılarla mübarizə tarixinin başlanğıcında da Azərbaycanın rolu qeyd oluna bilər.

Azərbaycanı 1991-ci ildə müstəqilliyini tanıyan ilk dövlət məhz Türkiyə olmuş, Türkiyə I və II Qarabağ müharibələrində Azərbaycanın yanında olmuş, 2010-cu ildə təsis olunan yüksək səviyyəli strateji əməkdaşlıq 2021-ci ilin 15 iyununda Şuşa bəyannaməsi ilə ən yüksək səviyyəyə qaldırılmışdır. Bütün bunlar Azərbaycan və Türkiyə türkləri arasında bağların güclü mənəvi və tarixi təməllərinin olduğunu göstərir. Türkiyə-Azərbaycan əməkdaşlıq modeli dünyada nadir nümunələrdən birini təşkil edir. Bu bağın güclənməsi, məhz Türk dünyasını daha sıx birləşmək və daha böyük uğurlar qazanmağa aparır. Türk Dünyasının uğurlu gələcəyi, məhz güclü Türkiyə və güclü Azərbaycandan asılıdır. Zaman-zaman Türkiyəni daxili və xarici təzyiqlərlə, çevrilişlərlə zəiflətməyə çalışan, bəzi xarici siyasi məsələlərə fərqli çərçivələrdə baxışlarına görə Türkiyə və Azərbaycan arasında nifaq salmağa çalışan yad qüvvələr və onların alətləri rolunda çıxış edən siyasətçilər olmuşsa da, bütün bunlara ən tutarlı cavabları Türkiyə və Azərbaycan liderləri Ərdoğan və Əliyevin, Türkiyə və Azərbaycan əsgərinin, Türkiyə və Azərbaycan insanının çiyin-çiyinə duruşudur. Bu, tarixən belə olub, indi də belədir, gələcəkdə də belə olacaq. Türkiyəyə neçə-neçə yüz illərini kutlamağı, əbədiyyən var olmağı arzu edirik!”-deyə politoloq vurğulayıb.

İradə Cəlil, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:94
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 04 Noyabr 2024 19:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see412

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see276

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see223

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see204

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see180

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see159

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see157

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see157

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see157

Bakıda Şaxta baba lar dalaşdı VİDEO

04 Dekabr 2025 17:37see144

10 nəhəng qida şirkəti insan sağlamlığını belə məhv edir... Siyahıda “Coca cola , Nestle” kimi şirkətlər var

04 Dekabr 2025 11:53see140

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see139

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see139

Tanınmış şirkətin milyon yarımlıq dələduzluğu işində Hökm oxundu

04 Dekabr 2025 11:29see135

Neymar və het trik

04 Dekabr 2025 09:17see135

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see130

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see128

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see127

Piastri Norrisə kömək etməyəcək

05 Dekabr 2025 00:16see127

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri