Icma.az
close
up
RU
Türkiyə PKK nın silahı buraxmaqdan imtina edəcəyi təqdirdə plan hazırlayır

Türkiyə PKK nın silahı buraxmaqdan imtina edəcəyi təqdirdə plan hazırlayır

Icma.az, Oxumeni.az portalına istinadən məlumat verir.

Türkiyə PKK-nın silahı buraxmaqdan imtina edəcəyi təqdirdə plan hazırlayır

Türkiyə rəhbərliyi ölkədə fəaliyyəti qadağan edilmiş Kürdüstan Fəhlə Partiyasının (PKK) lideri Abdulla Öcalanın çağırışına tabe olmayaraq silahı yerə qoymaqdan imtina edəcəyi təqdirdə hərbi əməliyyatlar planı hazırlayır, hökumətyönlü “Hürriyet” qəzeti öz mənbələrinə istinadən xəbər verir.

PKK Mərmərə dənizindəki İmralı adasındakı həbsxanada ömürlük həbs cəzası çəkən lideri Abdullah Öcalanın çağırışına cavab olaraq şənbə günü Türkiyə ilə atəşkəs elan edib. Eyni zamanda, PKK özünün ləğvi məsələsini müzakirə edəcəyi qurultay çağırmağa hazır olduğunu, ancaq liderinin şəxsi iştirakı ilə olduğunu bəyan edib. Öcalan bundan əvvəl yaraqlıları qurultay çağırmağa və onun nəticələrinə əsasən partiyanın özünü ləğv etdiyini və bölmələrinin tərksilah edildiyini elan etməyə çağırıb. PKK vurğulayıb ki, atəşkəs heç kim PKK birləşmələrinə hücum etmədikcə etibarlıdır. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan partiyanın məkrliliyə əl atacağı və ya prosesi dayandıracağı təqdirdə PKK-ya qarşı əməliyyatları bərpa edəcəyi ilə hədələyib.

“Qəndil silahı yerə qoymasa, Öcalan bunu qəbul etməyəcək. Axı onlar öz liderlərinə məhəl qoymayacaqlar. Yəqin ki, Öcalanın sonrakı açıqlamasının məzmunu belə olacaq: “Bu Qəndil Amerika-İsrail layihəsidir. Bu PKK mənim PKK-am deyil, İsrailin PKK-sı, İranın PKK-sı, ABŞ-ın PKK-sıdır”. PKK-nın tərksilah ediləcəyi təqdirdə nələrin baş verəcəyi ilə bağlı hazırlıqlar gedir və bunun baş vermədiyi təqdirdə hərbi əməliyyatların planları hazırlanır”, - nəşr yazır.

Nəşrin məlumatına görə, son müddətlər müəyyənləşib və PKK-nın tərksilah edilməsi prosesinin “yol xəritəsi” dəqiqləşdirilib.

“İki-üç ay ərzində monitorinq aparılacaq. Qəndilin silahı yerə qoymağa qərar verəcəyi təqdirdə işə salınacaq mexanizmlər müəyyən ediləcək. PKK silahı yerə qoymağa qərar verəndə təşkilat liderlərinin aqibəti necə olacaq? Silahlar hansı ölkəyə və hara çatdırılacaq? Bunun üçün mexanizmlər yaradılacaq. Silahlar Türkiyənin müvafiq qurumlarına, Türkiyə və İraq administrasiyasının nəzarəti altında İraqdakı müvafiq qurumlara, eləcə də Suriya və Türkiyənin nəzarəti altında olan Suriyadakı təyinatlı yerlərə təhvil veriləcək”.

Almaz Həsənli

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:210
embedMənbə:http://oxumeni.az
archiveBu xəbər 03 Mart 2025 13:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see378

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see371

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see361

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see361

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see359

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see341

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see340

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see323

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see321

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see318

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see306

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see303

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see299

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see290

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see271

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see269

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see255

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see220

Sabunçu rayonunda YAP ın yaradılmasının 34 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib

20 Noyabr 2026 21:11see220

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri