Icma.az
close
up
RU
Türkiyə Prezidenti: Ankara və Dəməşq Suriyada gərginliyin yenidən artmasına və xaosa izn verməyəcək AZƏRTAC

Türkiyə Prezidenti: Ankara və Dəməşq Suriyada gərginliyin yenidən artmasına və xaosa izn verməyəcək AZƏRTAC

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Ankara, 15 yanvar, AZƏRTAC

Suriyada keçid prosesinin sabitliyinə və müvəffəqiyyətinə töhfə vermək ortaq vəzifə və məsuliyyətdir. Biz qonşu ölkənin tezliklə yaralarını sağaltmasına ümid edirik.

AZƏRTAC xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çərşənbə günü Ankarada hakim Ədalət və İnkişaf Partiyasının parlament fraksiyasının iclasında bildirib.

Ərdoğan xatırladıb ki, 2011-ci ildə Suriyada hökumət əleyhinə etirazlar başlayandan qısa müddət sonra Türkiyə Bəşər Əsəd rejimini dinc əhaliyə qarşı zorakılığı dayandırmağa çağırıb.

“Biz Suriyada islahatlar planlarının hazırlanacağına əmin idik, lakin bütün vədlər sadəcə söz olaraq qaldı. Əslində, kütləvi qətllər, vəhşiliklər törədilib, kimyəvi silahlardan istifadə olunub. Türkiyə dinc sakinlərin müdafiəsi və terrorla mübarizə istiqamətində addımlar atıb”.

Türkiyə lideri qeyd edib ki, Suriyada münaqişə illərində 12 milyondan çox insan evlərini tərk edib, onların bəziləri hələ də Türkiyədədir.

Onun sözlərinə görə, bu gün Suriyanın gələcəyi üçün əsas təhlükə bu ölkənin ərazisinin demək olar ki, üçdəbirinə nəzarət edən və onun təbii sərvətlərini qeyri-qanuni istismar edən YPG (PKK-nın Suriya qanadı - AZƏRTAC-ın qeydi) terror təşkilatıdır.

“Terrorçular cinayət əməllərinə son qoymayınca və tərksilah olmayınca, onları gözləyən aqibətdən qaça bilməyəcəklər. Türkiyənin bölgədəki terror təhlükəsini məhv etmək üçün kifayət qədər gücü var”, - deyən siyasətçi xarici qüvvələri qonşu ölkənin işlərinə qarışmaqdan çəkinməyə çağırıb.

Ərdoğan vurğulayıb ki, region xalqları arasında münasibətləri parçalamaq planları iflasa məhkumdur. “Ankara və Dəməşqin yeni administrasiyası Suriyada eskalasiya və xaosun təkrarlanmasına izn verməyəcək. “Heç kim bölgə xalqlarının, o cümlədən türklərin, kürdlərin və ərəblərin birgə yaşamaq iradəsinin təməli altına dinamit qoya bilməz”, - deyə dövlət başçısı bildirib.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:115
embedMənbə:https://azertag.az
archiveBu xəbər 15 Yanvar 2025 15:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see256

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see175

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see137

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see136

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see132

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri