Icma.az
close
up
RU
Türkiyə Prezidenti Bakıdakı beynəlxalq foruma niyə qatılmadı? KONKRET

Türkiyə Prezidenti Bakıdakı beynəlxalq foruma niyə qatılmadı? KONKRET

Konkret.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Məlum olduğu kimi, 2024-2026-cı illərdə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə Azərbaycan sədrlik edir. Cari ilin oktyabrın 15-də Bakıda Qurumun sammiti keçirilib. Bu sammit çərçivəsində qəbul edilmiş qərara əsasən Azərbaycanın sədrlik müddəti daha iki il olaraq uzadıldı. Bu da Azərbaycanın uğurlu sədrlik etməsinin məntiqi nəticəsidir. Yeri gəlmişkən, Qoşulmama Hərəkatına münasibətdə də bizə eyni cür yanaşılmışdı. Bu, Azərbaycanın yüksək təşkilatçılıq potensialının göstəricisidir. Azərbaycana olan etimadın ifadəsidir. Tədbirdə Bakı Bəyannaməsi də qəbul edildi. Üzv ölkələrin sayı isə 28-dən 29-a yüksəldi. Laos Xalq Demokratik Respublikası da Təşkilata üzv qəbul edildi. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin də bu tədbirdə geniş nitqi söylənildi və nitqində Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin müasir beynəlxalq münasibətlər sistemində yeri və rolu, Azərbaycanın sədrlik müddətində atdığı addımlar vurğulandı. Xüsusilə də cənab Prezident diqqəti ona cəlb etdi ki, biz hər zaman xarici siyasətimizdə bərbarbərhüquqluluk və ölkələrin daxili işlərinə qarışmamaq prinsipinə hörmətlə yanaşmışıq və eyni yanaşmanı özümüzə münasibətdə də gözləyirik. Elə məhz bu konteksdən yanaşdıqda xüsusilə son günlər Azərbaycan-Türkiyə münasibətlərində hiss olunan xoşagəlməz proseslər diqqətdən yayınmır”.

KONKRET.az xəbər verir ki, bu sözləri Pravda.az-a açıqlamasında Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Elman Nəsirov deyib.

Deputatın sözlərinə görə, xüsusilə də dövlət təhsil müəssisələrində vahid geyimin tətbiqi ilə bağlı məsələyə münasibətdə Türkiyə tərəfindən gələn anlaşılmaz yanaşmalar təəccüb və təəssüf doğurur: “Azərbaycanın İstanbuldakı Konsulluğu və Ankaradakı səfirliyi qarşısında təşkil edilən mitinqlər təəssüf hissi yaradır və bu əslində Azərbaycanın daxili işlərinə qarışmaq cəhdidir. İkitərəfli münasibətlərimizin siyasi ideoloji əsasını ilk növbədə ulu öndər Heydər Əliyevin “Bir millət iki dövlət” konsepsiyası təşkil edib. Biz bir millət olsaq da iki müstəqil dövlətik.

Bu baxımdan müstəqil dövlətlər də bir-birinin daxili işlərinə  qarışmamalıdırlar, hörmətlə yanaşmalıdırlar. Amma təəssüf ki, son zamanlar Türkiyə cəmiyyətinin müəyyən kəsimində və hətta ölkə Prezidentinin baş müşaviri Oktay Saralın timsalında hakim Ədalət və İnkişaf Pastiyasının deputatları səviyyəsində Azərbaycanın daxili işlərinə qarışmaq, ölkəmizdə baş verən hadisə və proseslərə adekvat olmayan reaksiya vermək cəhdləri müşahidə olunur. Bu da təəccüb doğurur və qəbuledilməzdir. Bu tədbirə Türkiyə Prezidenti cənab Ərdoğanın gəlməməsi məsələsinin cavabını mən dəqiq bilmirəm, amma Türkiyənin xarici işlər naziri gəlib, iştirak edir və o eyni zamanda mövcud ikitərəfli münasibətlərimizdə yaşanan son hadisələrə də qiymət verib. Onun mövqeyinə görə, biz dost, qardaş, müttəfiqlərik. Müəyyən anlaşılmaz məqamlar da gəlib keçəcək. Həmişə bu dostluğu, qardaşlığı möhkəmləndirmək lazımdır. Həllini gözləyən məsələlərlə bağlı anlaşma mümkündür kimi ifadələr də işlədib. Amma istənilən halda bu tədbirdə bizə dost, qardaş dövlətlər öz liderləri səviyyəsində təmsil olunurdu deyə biz çox istərdik ki, qardaş dövlətin Prezidenti cənab Ərdoğan da bu tədbirə qatılardı, ancaq qərarı onlar qəbul edirlər”.

Millət vəkili vurğulayıb ki, Azərbaycan Türkiyə dostluğu, qardaşlığı əbədidir və bu tarixin sınaqlarından çıxmış dostluqdur: “Hesab edirəm ki, Türkiyə siyasi rəhbərliyi də bu gərginliyin yaranmasında məsuliyyət daşıyan şəxslərlə, müəyyən icmalarla bağlı ölçülər götürəcək və ikmitərəfli münasibətlərin hər zaman yüksək səviyyədə qalmasını təmin edəcəklər. Çünki bunun əksi həm Azərbaycan həm də Türkiyənin maraqlarına dövlət və millət olaraq ziddir. Heç zaman imkan vermək lazım deyil ki, üçüncü qüvvələr iki qardaş dövlət arasına nifaq salsın. Buna qətiyyən imkan vermək olmaz. Nəzərə alsaq ki, belə qüvvələr var və hər zaman istəkləri də budur ki, iki qardaş dövlətin müttəfiqliyini pozsun, onlar arasında münasibətlərin gərgin olmasına şərait yaratsın. Ən azı onu söyləyim ki, Azərbaycan dövləti hər zaman bu müttəqfiqlik münasibətlərin yüksək səviyyədə qalmasında maraqlıdır, həmin siyasəti həyata keçirir. Ümid bəsləyirik ki, qarşı tərəf yaranmış anlaşılmazlığın aradan qaldırılması istiqamətində təcili təxirəsalınmaz tədbirlər görəcəkdir”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://konkret.az
archiveBu xəbər 16 Oktyabr 2026 12:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see340

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see307

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see306

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see302

Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?

23 Noyabr 2026 17:32see276

Düz bağırsaq xərçənginin aşkar simptomları

23 Noyabr 2026 17:12see272

Fürsətçi… Yunus Oğuz yazır

23 Noyabr 2026 17:46see263

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see255

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see253

Dünya məktəbinin şagirdləri orbitə peyk buraxacaqlar FOTOLAR

23 Noyabr 2026 16:43see251

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see244

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see233

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see230

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see229

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see224

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see222

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see218

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see213

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see211

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see205
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri