Icma.az
close
up
RU
Türkiyə prokurorluğu Flora Kərimovanın həkimə qarşı iddiasına görə hərəkətə KEÇDİ

Türkiyə prokurorluğu Flora Kərimovanın həkimə qarşı iddiasına görə hərəkətə KEÇDİ

Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Türkiyənin Baş Prokurorluğu Azərbaycanın Xalq artisti Flora Kərimovanın iddiasını icraata götürüb.

Redaktor.az xəbər verir ki, bu barədə hazırda ABŞ-də yaşayan tanınmış jurnalist Qənirə Ataşova özünün instaqram hesabında yazıb.

O bildirib ki, Azərbaycanın canlı əfsanəsi Flora Kərimova ixtisasca nevroloq olan, lakin plastik cərrah sertifikatı almış Sevinc Heydərova ilə bağlı hüquqi mübarizəsini uzun müddətdir davam etdirir.

"Azərbaycanın məhkəmə sistemində Sevinc Heydərovanın xeyrinə qərar çıxarılsa da, bu qərar bir çox suallar doğurur. Çünki məhkəmə Sevinc Heydərovanın cərrahiyyə sertifikatını necə əldə etdiyini araşdırmayıb. Nevroloqun plastik cərrah sertifikatı ilə bağlı prosedurda bir neçə sənədi mövcuddur. Flora Kərimova həm də bir həkim olaraq, Sevinc Heydərovanın plastik cərrah sertifikatını necə əldə etməyə başlayanda bu yol Türkiyəyə uzanır. Araşdırmalar zamanı məlum olur ki, Sevinc Heydərovaya cərrahiyyə kursu keçdiyinə dair sənədlər professor Məhmət Bozkurt tərəfindən təqdim edilib. Flora Kərimova bu saxtakarlığı üzə çıxarmaq üçün vəkil tutaraq hüquqi mübarizəyə başlayıb. Artıq Türkiyə məhkəməsi Flora Kərimovanın iddiasını qəbul edib. Türkiyə hüquq sistemi ədalətli şəkildə tanınır və orada şəxsi və tanış türkiyəlilər hüquqa zərərə təsir etmir. Xatırlayırsınızsa, professor Məhmət Bozkurt mənə sənədlərdəki imzanın ona aid olmadığını və Sevinc Heydərova tərəfindən saxtalaşdırıldığını bildirmişdi. Bu işdən sonra Sevinc xanım maraqlı bir açıqlama vermişdi. Guya mən Məhmət Bozkurtu qorxutmuşam. Vallah, Amerikadan Türkiyəyə əlimi uzadıb bir professoru qorxutmaq gücündə olduğumu bilsəydim, bəlkə Hollivudda filmlərə də çəkilərdim. Görəsən, Türkiyənin məhkəmələrinə olan inam niyə bu qədər qorxulu görünür? Maraqlıdır. Flora Kərimovanın vəkili Elcan Həsənli məsələnin araşdırılması üçün Türkiyədə olub.Onları dinləyək, bu hekayə bitmədi!", - deyə Q.Ataşova yekunlaşdırıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 15 Yanvar 2025 14:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see258

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see161

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see138

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see138

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see134

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see132

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see128

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri