Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğandan AZƏRTAC
Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli Prezident, Əziz Qardaşım,
Bu gün səhər Qazaxıstanın Aktau şəhərində "Azərbaycan Hava Yolları"na məxsus təyyarənin qəzaya uğradığını, qəzada həyatını itirənlərin və xəsarət alanların olduğunu
böyük kədər hissi ilə öyrəndim.
Zati-alinizə və qardaş Azərbaycan xalqına, xüsusən də yaxınlarını itirənlərə xalqım və şəxsən öz adımdan başsağlığı verir, səbir diləyirəm. Uca Allahdan həyatını itirənlərə
rəhmət, yaralılara tezliklə şəfa diləyirəm.
Fürsətdən istifadə edərək, Zati-alinizin və qardaş Azərbaycan xalqının rifah və firavanlığı üçün ən xoş arzularımı bir daha bildirirəm.
Rəcəb Tayyib Ərdoğan
Türkiyə Respublikasının Prezidenti
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 25 Dekabr 2024 22:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















