Türkiyə Rusiya və Ukrayna arasında danışıqların davamını dəstəkləyir
Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.
Türkiyə Rusiya ilə Ukrayna arasında münaqişənin nizamlanmasına dair danışıqların davam etdirilməsini dəstəkləyir.
Redaktor.az xəbər verir ki, "RIA Novosti" Türkiyə hökumətindəki mənbəyə istinadən bu barədə məlumat yayıb.
Agentliyə danışan mənbə Ukraynadakı münaqişənin yalnız danışıqlar yolu ilə həll edilə biləcəyinə əminliyini ifadə edib.
Türkiyə hökumətində hesab edirlər ki, İstanbul tərəflər arasında təmasların aparılması üçün əlverişli platforma kimi özünü doğruldub.
Bu səbəbdən Ankara danışıqlar prosesinin məhz İstanbulda davam etdirilməsini mümkün və məqsədəuyğun hesab edir.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov daha əvvəl Ukraynadakı vəziyyətin nizamlanmasına dair üçtərəfli danışıqların oktyabr ayında bərpa oluna biləcəyini bildirib.
Aminə ŞAHSUVARQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:139
Bu xəbər 14 Sentyabr 2026 09:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















