Türkiyə Rusiya və Ukraynanı enerji infrastrukturunu müharibəyə qatmamağa çağırıb
Apa.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Türkiyə Rusiya və Ukrayna enerji infrastrukturunu müharibəyə qatmamağı və enerji axınlarının fasiləsiz davam etməsini təmin etməyə çağırıb.
APA xəbər verir ki, bu barədə “Reuters” Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktara istinadən məlumat yayıb.
“Ümid edirik ki, bu dəhşətli müharibə sona çatacaq. Amma bu gündən etibarən Rusiya və Ukraynaya çağırış edirik ki, enerji infrastrukturumuzu bu müharibəyə qarışdırmasınlar”, - nazir Türkiyənin Qara dəniz sahillərində tankerlərə baş verən bir sıra hücumdan sonra bildirib.
“Biz enerji axınlarının fasiləsizliyini təmin etməliyik”, – o əlavə edib və Qazaxıstan neftinin 80%-dən çoxunun nəql olunduğu Xəzər Neft Boru Kəməri Konsorsiumu (CPC) kimi marşrutların təhlükəsiz olmalı olduğunu vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:40
Bu xəbər 04 Dekabr 2025 14:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















