Icma.az
close
up
RU
Türkiyə S 400 dən imtina edəcəkmi? Qərbin şərti, Rusiyanın reaksiyası, Ankaranın dilemması

Türkiyə S 400 dən imtina edəcəkmi? Qərbin şərti, Rusiyanın reaksiyası, Ankaranın dilemması

Gununsesi portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ankara ABŞ-nin F-35 qırıcılarının istehsalı və tədarükü proqramına qayıtmaq istəyirsə, Rusiyanın S-400 hava hücumundan müdafiə sistemlərindən qurtulmalıdır.

Bu sözləri ABŞ-nin Ankaradakı səfiri Tom Barrak deyib.

“Vaşinqton və Ankara Türkiyənin F-35 proqramına yenidən qoşulmaq istəyi ilə bağlı danışıqlar aparır. ABŞ qanunlarına görə, Türkiyə F-35 proqramına qayıtmaq üçün artıq S-400 sistemlərini işlədə və ya sahib ola bilməz”, – o bildirib.

Bəs görəsən, Türkiyənin S-400-dən imtinası nə dərəcədə real görünür və Ankara bu addımı atsaydı, regiondakı güc balansı necə dəyişərdi?

Türkiyənin S-400-dən imtinası, ilk baxışda, Vaşinqtonun şərtlərini yumşaltmaq və F-35 proqramına qayıdışı sürətləndirmək üçün rasional addım kimi görünə bilər. Lakin Ankara üçün bu məsələ sadəcə texniki hərbi sistem seçimi deyil, strateji müttəfiqlər arasında özünün “müstəqil oyunçu” statusunu qorumaq mübarizəsidir.

Ümumiyyətlə, S-400-lər təkcə silah sistemi deyil. Onlar Türkiyənin 2016-cı il çevriliş cəhdindən sonra Qərbə olan etimad krizisinin simvoluna çevrilib. Ankara geri addım atarsa, bu, həm daxili siyasətdə “strateji məğlubiyyət”, həm də Qərbin diktəsinə tabe olmaq kimi görünə bilər. Hakimiyyət belə imic itkisinə getmək istəmir.

Belə məqamda, məsələn, Türkiyə S-400-ləri aktivləşdirmədən saxlaya, onları üçüncü ölkəyə ötürmək, yaxud ABŞ-ın nəzarəti altında “tətbiq olunmayan inventar” statusuna salmaq kimi mexanizmlər təklif edə bilər. Bu, imtina deyil, “şərti dondurma” ola bilər.

Digər tərəfdən, Əgər Ankara həqiqətən S-400-dən imtina etsə, bu addım regionda bir neçə ciddi nəticə yaradacaq. Məsələn, Türkiyə-NATO xətti tam bərpa olunacaq.

Bu, NATO-nun Şərq qanadında Türkiyəni yenidən mərkəzi aktyora çevirər, xüsusən Qara dəniz təhlükəsizliyi və Orta Şərq əməliyyatları baxımından. ABŞ-nin Ankaraya hərbi texnologiya transferi sürətlənər.

Üstəlik, Rusiya-Türkiyə münasibətləri soyuyacaq. Çünki S-400 Moskva ilə Ankara arasındakı ən böyük strateji körpülərdən biri idi. Bundan imtina enerji layihələrinə təzyiq, Suriya və Qafqazda koordinasiyanın pozulması, Moskvanın Türkiyəyə qarşı daha sərt addımlar atması kimi nəticələr verə bilər.

Elmar

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:98
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 10 Dekabr 2025 16:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see320

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see253

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see228

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see190

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see186

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see171

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see169

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see168

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see167

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see166

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see166

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see163

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see153

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see150

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see148

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see146

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see144

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see143

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see139

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri