Türkiyə şirkəti Qazaxıstanda dəmir yolu ötürücüləri inşa edəcək
Icma.az bildirir, Azertag portalına istinadən.
Astana, 28 avqust, AZƏRTAC
Qazaxıstanın Abay vilayətində iri infrastruktur layihələrinin həyata keçirilməsi planlaşdırılır.
AZƏRTAC əyalətin icra hakimiyyətinə istinadla xəbər verir ki, Türkiyənin “Makimsan” şirkəti dəmir yolu ötürücülərinin, avtomobil və piyada körpülərinin, inzibati binaların, həmçinin müasir tullantı poliqonunun tikintisi ilə məşğul olacaq.
Anlaşma və əməkdaşlıq memorandumu vilayətin icra hakimi Berik Uali ilə “Makimsan” şirkətinin prezidenti Atilla Kurşat Dikçi arasında imzalanıb.
1969-cu ildə yaradılan “Makimsan” şirkəti Türkiyə, MDB ölkələri, Avropa və Afrikada ümumi dəyəri 2,5 milyard ABŞ dollarından çox olan layihələri reallaşdırıb.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 28 Avqust 2025 17:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















