Türkiyə Somali əməliyyatı: Yük gəmisi xilas edildi
Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Somali Hərbi Dəniz Qüvvələri və Türkiyə Sahil Mühafizəsinin Puntilend sahillərində keçirdiyi birgə əməliyyat nəticəsində Kamerun bayrağı altında üzən “MV LUTUF” yük gəmisi tamamilə azad edilib.
Modern.az xəbər veirr ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Bildirilib ki, gəminin heyəti 12 gün ərzində dəniz quldurlarının əsirliyində olub. Türkiyə hərbçilərinin qətiyyətli müdaxiləsi nəticəsində ekipaj üzvləri arasında itki olmadan azad ediliblər.
Əməliyyatın uğurunda Somali təhlükəsizlik qüvvələrinə birbaşa dəstək verən Türkiyə hərbi bölmələri mühüm rol oynayıb. 10 gün davam edən xüsusi əməliyyat zamanı Türkiyə-Somali birləşmiş qüvvələri quldurlara qarşı döyüşə girib. Nəticədə 14 pirat öldürülüb, sağ qalan silahlılar isə qaçmağa məcbur olublar.
Baxış sayı:154
Bu xəbər 29 Avqust 2026 21:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















