Icma.az
close
up
RU
Türkiyə təbii fəlakətlərin idarəolunmasında yeni dövr başlatmağı hədəfləyir AZƏRTAC

Türkiyə təbii fəlakətlərin idarəolunmasında yeni dövr başlatmağı hədəfləyir AZƏRTAC

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İstanbul, 20 yanvar, Günel Karatepe, AZƏRTAC

Yer kürəsinin fəal seysmik zonasında yerləşməsi baxımından Türkiyə mütəmadi olaraq təbii fəlakətlərlə qarşılaşan ölkələrdən biridir. Bu baxımdan ölkədə bu kimi hadisələrə qarşı qabaqlayıcı tədbirlərin alınması məqsədilə bir çox tədbirlər görülür. Növbəti belə tədbir olaraq Türkiyədə ilk dəfə qar uçqunu riskinə qarşı ətraf mühitə zərərsiz yeni nəsil tikinti texnologiyası ilə qabaqcıl sensor sistemləri bir arada istifadə olunacaq.

AZƏRTAC xəbər verir ki, bu məqsədlə Türkiyənin Elmi və Texnoloji Tədqiqat Şurası (TÜBİTAK) və Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) birgə əməkdaşlığı ilə “Təbiəti təbiətlə qoruyuruq” prinsipi əsasında “Qar Uçqununun Qarşısının Alınması və İzləmə Sistemlərinin Təkmilləşdirilməsi” layihəsi başladılıb.

Türkiyənin təbii fəlakətlərin idarəolunması sahəsindəki qərarlılığını gücləndirəcək, sahə üzrə ən yeni, etibarlı və davamlı bir həll təqdim etməyə imkan verəcək bu layihənin beynəlxalq səviyyədə də tətbiqi gözlənilir.

Layihənin nəticələrinin həm elmi, həm də praktik baxımdan fayda təmin edərək, Türkiyənin təbii fəlakətlərin idarəolunması yeni bir dövr başlatması, qar uçqunu riski olan bölgələrdə yaşayış sahələrinin qorunması, fəlakət idarəçiliyi və şəhərsalma sahəsində istifadə ediləcək məlumat infrastrukturunun gücləndirilməsi, eləcə də layihə müddətində yetişdiriləcək mütəxəssislərin Türkiyənin bilik və səlahiyyət səviyyəsini artırması nəzərdə tutulur.

Layihə çərçivəsində uçqun riski olan bölgələrdə dağın zirvəsinə yerləşdiriləcək prototip mərkəzlər və ölçü stansiyaları ilə günəşin radiasiyası, qarın hündürlüyü, küləyin sürəti kimi bu cür fəlakətlərdə kritik əhəmiyyət daşıyan məlumatlar toplanacaq.

Günəş enerjisi ilə işləyən, ətraf mühit üçün zərərsiz, davamlı enerji infrastrukturunu təmin edəcək bu sistem vasitəsilə məlumatlar təhlil edilərək ehtimal olunan uçqunun erkən mərhələdə müəyyənləşdirilməsi və fəlakət risklərinin minimuma endirilməsi təmin ediləcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:188
embedMənbə:https://azertag.az
archiveBu xəbər 20 Yanvar 2025 05:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see253

Bu rayonda icra başçısının müavini işdən çıxıb FOTO

06 Dekabr 2025 15:42see207

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see191

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see147

Mahmut Orhanın keçmiş sevgilisi ilə eşq yaşayır

06 Dekabr 2025 17:18see138

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see138

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see138

MÜSİAD Azərbaycana yeni sədr gəlir, Cevdet Yılmaz qurultaya qatılır

06 Dekabr 2025 15:46see136

Dezinformasiya cəmiyyət üçün real təhlükədir

06 Dekabr 2025 18:46see131

S&P Azərbaycanın bank islahatlarını qiymətləndirib

06 Dekabr 2025 14:16see127

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see127

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see126

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see126

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see126

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see125

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see125

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see124

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see124

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see123

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri