Icma.az
close
up
RU
Türkiyə telekanalında Qərbi Azərbaycan həqiqətlərinə dair sənədli film nümayiş etdiriləcək

Türkiyə telekanalında Qərbi Azərbaycan həqiqətlərinə dair sənədli film nümayiş etdiriləcək

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ankara, 6 fevral, AZƏRTAC

Mədəniyyət Nazirliyinin dəstəyi ilə xarici ölkələrdəki Azərbaycan Mədəniyyət mərkəzləri ölkə həqiqətlərinin yayılması, milli mədəniyyətimiz, tariximiz, ədəbiyyatımızın təbliği məqsədilə bir sıra layihələr həyata keçirir.

AZƏRTAC xəbər verir ki, Türkiyədə media sahəsində tanınan, vətənpərvərlik, tarix, mədəniyyət mövzularına daha çox önəm verən və bu istiqamətdə layihələr həyata keçirən “Ulusal” telekanalı ilə ölkəmizin Ankaradakı səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzi arasında əməkdaşlıq çərçivəsində fevralın 7-də Qərbi Azərbaycan həqiqətlərinə dair “Nəsil ağacı” sənədli filmi nümayiş etdiriləcək.

Film Qərbi Azərbaycandan - doğma yurd yerlərindən deportasiya olunmuş soydaşlarımızdan, tanınmış ziyalılardan bəhs edir. Ekran əsərində Azərbaycan xalqının min illər boyu böyük mədəniyyət yaratdığı Qərbi Azərbaycanın tarixi, etnoqrafiyası, məşhur şəxsiyyətləri, zəngin mətbəxi, deportasiyalardan əziyyət çəkmiş insanların taleyi və bir neçə ailənin həyat hekayəsi əks olunub. Filmdə vurğulanır ki, Qərbi Azərbaycanda (indiki Ermənistan ərazisində) azərbaycanlı əhali XX əsrdə dörd dəfə kütləvi deportasiyaya məruz qalıb və bu deportasiyalar zamanı 1 milyondan çox azərbaycanlı öz vətənlərini tərk edərək qaçqın həyatı yaşamağa məcbur olub. Buna baxmayaraq, Qərbi azərbaycanlılar öz adət-ənənələrini qoruyub gələcək nəsillərə çatdırırlar.

Filmin əsas ideyası odur ki, “Nəsil ağac”larının budaqları Azərbaycanda olsa da, onun kökləri tarixi Qərbi Azərbaycan torpaqlarındadır. Onlar böyük faciələr, çətin günlər yaşasalar da, həmişə öz doğma torpaqlarına qayıdacaqları günü ümidlə gözləyirlər.

Ssenari müəllifi Ayaz Mirzəyev olan filmin prodüseri Elnur Niftəliyevdir. Film Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb, Ankaradakı Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən türk dilinə çevrilib.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:109
embedMənbə:https://azertag.az
archiveBu xəbər 06 Fevral 2025 10:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see321

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see282

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see253

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see243

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see192

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see191

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see187

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see187

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see151

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see140

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see135

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see134

“Futbolçularımın haqqını verməliyəm” Dambrauskas İdmanXəbər

03 Dekabr 2025 17:55see134

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see132

Neymar və het trik

04 Dekabr 2025 09:17see130

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see130

GÜNÜN QOROSKOPU: Sevgi münasibətlərində xoş sürprizlər mümkündür

04 Dekabr 2025 00:31see129

Aralıq dənizində 4 bal gücündə zəlzələ olub

04 Dekabr 2025 00:29see129

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see124

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri