Əlcəzair telekanalında Azərbaycan haqqında növbəti sənədli film nümayiş etdirilib
Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bakı, 27 yanvar, AZƏRTAC
Əlcəzairin məşhur “Elwatania TV” televiziya kanalında əlcəzairli jurnalist Runəq Xənfərin təqdimatında Azərbaycan haqqında növbəti sənədli film nümayiş etdirilib.
Azərbaycanın Əlcəzairdəki səfirliyindən AZƏRTAC-a verilən məlumata görə, sənədli filmdə ölkəmizin tarixi abidələri, mədəniyyəti, füsunkar təbiəti və zəngin mətbəxi nümayiş olunub. Burada, həmçinin Azərbaycanın turizm imkanlarından, mətbəxindən, təbiətindən, milli musiqisindən, xalçaçılıq sənətindən və zəngin memarlığından bəhs edilir.
Ekran əsərində İçərişəhər, Dənizkənarı Milli Park, ölkəmizin memarlıq abidələri əlcəzairli jurnalist tərəfindən tamaşaçılara təqdim olunub.
Qeyd edək ki, iki hissədən ibarət filmin birinci hissəsi artıq yayımlanıb. Bu, cari ilin yanvarında Əlcəzair telekanallarında Azərbaycan haqqında nümayiş etdirilən üçüncü filmdir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 28 Yanvar 2025 08:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















