Türkiyə tənzimlənən kənd təsərrüfatı məhsullarının siyahısını genişləndirib
Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ankara, 11 sentyabr, AZƏRTAC
Türkiyə Ticarət Nazirliyi alma və limonu yalnız dövlət qurumlarının icazəsi ilə ixrac edilə bilən kənd təsərrüfatı məhsulları siyahısına daxil edib.
AZƏRTAC xəbər verir ki, müvafiq qərar hökumətin rəsmi qəzeti olan “Resmi Gazete”də dərc olunub.
Ticarət Nazirliyi bu addımını daxili bazarda sabitliyin təmin edilməsi və ərzaq təhlükəsizliyinin qorunması istəyi ilə izah edib.
Nazirlik əvvəllər günəbaxan yağı, pomidor, toyuq və yumurta kimi məhsullarla bağlı da analoji qərarların verildiyini xatırladaraq vurğulayıb ki, daxili bazarda kənd təsərrüfatı məhsullarının qiymətlərində manipulyasiya yolverilməzdir.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
Bu mövzuda digər xəbərlər:Türkiyə kənd təsərrüfatı məhsullarının istehsalına görə Avropada birinci yerdədir
25 Avqust 2026 11:00
Kənd təsərrüfatı məhsullarının ixracı artıb
05 May 2026 15:12
Kənd təsərrüfatı məhsullarının həcmi 13,4% artıb
17 Dekabr 2024 22:56
Kənd təsərrüfatı məhsullarının istehsalında lider RAYONLAR
04 Avqust 2026 08:04
Kənd təsərrüfatı məhsullarının ixracı 11 faiz artıb
26 Noyabr 2024 14:57
Baxış sayı:142
Bu xəbər 11 Sentyabr 2025 12:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















