Icma.az
close
up
RU
Türkiyə və İordaniya rəsmiləri 3+3 formatında bir araya gəldi

Türkiyə və İordaniya rəsmiləri 3+3 formatında bir araya gəldi

Icma.az, Sia Az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

H.Fidan: "Müsəlman cəmiyyətləri üçün zəhər olan DAEŞ-in dinimizdən sui-istifadə edərək zorakılıq tətbiq etməsi, insanları vəhşicəsinə öldürməsi, terrorla dövlətlərin nizam-intizamını pozması, qeyri-sabitlik və xaosa sürükləməsinə biz susa bilməzdik"

Türkiyə və İordaniyanın yüksək səviyyəli rəsmiləri 6 yanvarda paytaxt Ankarada 3+3 formatında bir araya gəlib.

SİA türk saytlarına istinadən xəbər verir ki, İordaniyanın Xarici işlər naziri Ayman əs-Safedi, İordaniya Baş Qərargah rəisi, general-mayor Yusuf əl-Huneyti və İordaniya Baş Kəşfiyyat İdarəsinin rəisi, general-mayor Əhməd Hüsni Ankarada Türkiyənin Xarici işlər naziri Hakan Fidan, Milli müdafiə naziri Yaşar Gülər ​​və Milli Kəşfiyyat Təşkilatının (MİT) direktoru İbrahim Kalın ilə görüşüb.

Türkiyənin İordaniya ilə terrorla mübarizə və müdafiə sənayesi sahələrində əməkdaşlığının müzakirəsindən təşkil edilən mətbuat konfransında çıxışında nazir H.Fidan belə bəhs edib: “Türkiyə illərdir terrorla mübarizədə amansız səy göstərir və qələbə qazanır. Amma təəssüf ki, ölkəmizdən kənarda DAEŞ başda olmaqla bir çox terror təşkilatı öz işini davam etdirir.

Müsəlman cəmiyyətləri üçün zəhər olan DAEŞ-in dinimizdən sui-istifadə edərək zorakılıq tətbiq etməsi, insanları vəhşicəsinə öldürməsi, terrorla dövlətlərin nizam-intizamını pozması, qeyri-sabitlik və xaosa sürükləməsinə biz susa bilməzdik. Türkiyə daxilində və xaricində İslam ölkələrinin ortaq problemi olan DAEŞ-dən qurtulmaq üçün böyük həssaslıqla mübarizə apardıq. Bu terrorçulara bölgəmizdə yenidən baş qaldırmağa imkan verə bilmərik.

Terror təşkilatı PKK ilə də mübarizəmiz davam edir. Şükürlər olsun ki, Türkiyədə böyük bir təmizləmə aparıldı.

İraqdakı bacı-qardaşlarımız Sincardakı işğala göz yumur. Bilmirik niyə belədir? Yəqin tezliklə düzələr.

Suriyada şərtlər dəyişib. Artıq orada terror təşkilatı PKK/YPG-nin varlığının aradan qaldırılması zaman məsələsidir. ABŞ və bəzi Avropa ölkələri PKK üçün mühafizəçi rolunu oynayır. PKK/YPG “DAEŞ-ə qarşı mübarizə” pərdəsi altında iş görür. Halbuki bu, reallıqla uyğun deyil”.

İordaniya Xarici işlər naziri Ayman əs-Safedi də çıxışında bunları deyib: “Türkiyənin təhlükəsizliyinə təhdid bölgənin təhlükəsizliyinə təhdiddir. Regionda əmin-amanlığa töhfə verəcək şəkildə qarşılaşdığımız çətinliklərlə bağlı Türkiyə tərəfi ilə koordinasiyalı çalışacağıq”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:173
embedMənbə:https://sia.az
archiveBu xəbər 06 Yanvar 2025 20:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see322

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see316

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see313

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see299

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see299

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see290

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see280

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see280

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see278

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see264

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see246

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see237

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see236

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see232

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see232

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see229

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see223

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see220

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see198

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri