Icma.az
close
up
RU
Türkiyə və İran: Köhnə rəqabətdə Azərbaycan faktoru Hakan Fidan: “Özgəsinin pəncərəsinə daşa atanın pəncərəsi sınacaq” (TƏHLİL)

Türkiyə və İran: Köhnə rəqabətdə Azərbaycan faktoru Hakan Fidan: “Özgəsinin pəncərəsinə daşa atanın pəncərəsi sınacaq” (TƏHLİL)

Mia.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Türkiyə ilə İran arasında yaranmış gərginlik səngimək bilmir. İki qonşu dövlət arasında münasibətlər nədən həndəvərindən çıxıb?

Söhbət ondan gedir ki, bir vaxt İranın at oynatdığı Suriya indi total şəkildə Türkiyənin nəzarəti altına keçib. İran və onun müttəfiqi Rusiya Türkiyə tərəfindən Suriyada küncə sıxışdırılıb. 

Suriya xalqının böyük əksəriyyəti Türkiyənin tərəfindədir. Niyə? Çünki Suriyada xalqın 80 faizi sünnidir, cəmi 10 faizi isə ələvidir. Əvvəllər Suriyada əhalinin 10 faizini təşkil edən xristianların isə böyük bir hissəsi ölkəni tərk edib.  

Suriya 50 ilə yaxın ələvi azlıq tərəfindən idarə olunub. Bu isə böyük çoxluğun, yəni sünnilərin basqı altında əziyyət çəkməsinə gətirib çıxarıb. Suriyalıların nəzərində Türkiyə sünni dövlətdir, yəni onlara bir köynək yaxındır. İran isə onlara 50 il zülm etmiş ələvilərin yanındadır. 

Suriyadakı sünni çoxluq tərəfindən qovulan İran ölkənin yeni rəhbərliyinə təzyiq mexanizmi əldə etməyə çalışır. Bu məqsədlə də PKK-nın Suriyadakı uzantısı olan Suriya Demokratik Qüvvələrinə dəstək verir. Bu qüvvələr üzərindən Suriyanın daxili işlərinə müdaxilə etməyə çalışır. Suriya Demokratik Qüvvələri həm Türkiyə, həm də rəsmi Şamın yeni iqtidarı tərəfindən terrorçu qrup kimi tanınır. 

Maraqlıdır ki, İran PKK-nı terrorçu qrup kimi tanıyır. Ancaq onun Suriyadakı şöbəsi sayılan Suriya Demokratik Qüvvələrlə geninə-boluna əməkdaşlıq edir. Bu qüvvələr Şimali və Şərqi Suriya Muxtar İdarəsi (AANES) və ya Rojava adı altında Suriyanın şimal-şərqində de-fakto muxtar vilayət yaradıblar. Suriyanın yeni rəhbərliyi və Türkiyə bu qondarma muxtariyyəti rədd edir. 

Suriya Demokratik Qüvvələri ABŞ və Avropa İttifaqı tərəfindən də dəstəklənir. Onlar İŞİD-ə qarşı aparılan müharibədə Amerikanın yanında yer alıb.

Yeni Suriya yönətimi Suriya Demokratik Qüvvələrində yer alan yerli kürdləri öz ordusuna qəbul etməyə hazırdır. Ancaq artıq bu qüvvələr\ rəhbərlik edən PKK üzviləri İraqa qovulub.

İran Türkiyənin həm İraqda, həm də Suriyada həyata keçirdiyi antiterror əməliyyatlarını  “suverenliyin pozulması” kimi qiymətləndirir. 

Onu da deyək ki, İran Suriyada təkcə Suriya Demokratik Qüvvələrini yox, həm də de-fakto Demokratik Birlik Partiyasının (PYD) silahlı qanadı kimi tanınan YPG-yə dəstək verir. 

İranlı jurnalist Fereshteh Sadeghi yazır ki, Türkiyənin suriyanı ələ keçirməsi nəticəsində İranın Livanla (Hizbullah) quru yolla əlaqəsi tamamilə kəsilib. Ona görə də rəsmi Tehran Suriya Demokratik Qüvvələrinin köməyi ilə Livana loqistik çıxış əldə etməyə çalışır.

Fevralın 26-da “Al Jazeera Arabic” telekanalına müsahibə verən Hakan Fidan bildirib ki, İranın bölgədəki milislərə arxalanan xarici siyasəti Tehranı əldə etdiyindən daha çox qurban verməyə məcbur edib.

Türkiyənin terror qruplaşması hesab etdiyi Suriya Demokratik Qüvvələrinə İranın dəstək vermə ehtimalı varmı, sualına H.Fidan belə cavab verib: “Əgər siz oradakı qrupa dəstək verməklə başqa ölkədə iğtişaşlar yaratmağa cəhd etsəniz, başqa bir ölkə də sizin ölkənizdəki qrupa dəstək verə bilər. O qrup da  sizin ölkədə iğtişaşlar yaradar.

...İndiki dünyada heç nə gizli qala bilməz. Sənin sahib olduğun imkanlar başqalarında da var. Ona görə də öz pəncərənə daş atılmasını istəmirsənsə, başqalarının pəncərəsinə daş atmamalısan".

Bir çox analitiklər hesab edirlər ki, Hakan Fidan İranda yaşayan sayı 30 milyondan çox olan Azərbaycan türklərinə işarə edib. Şübhəsiz ki, Türkiyə və Azərbaycan əl-ələ versə, İranda zəlzələ effekti verə biləcək ixtisaslara imkan yarada bilər. 

İran hökuməti rəsmi şəkildə Hakan Fidanın bu yanaşmasını “qeyri-konstruktiv” adlandırıb. Türkiyənin tehrandakı səfiri Hicabi Kirlangic Xarici İşlər nazirliyinə çağırılıb. Buna cavab olaraq Türkiyə də oxşar addım atıb. 

İran Xarici İşlər Nazirliyinin sözçüsü Esmaeil Baghaei X-də yazıb: "Türkiyə hökumətinə qarşı baş vermiş hərbi çevrilişlə etiraz edən ilk ölkə biz olduq...Biz PKK-nın tərksilah olmasını alqışlayan və qonşu ölkəmiz Türkiyədə təhlükəsizliyin gücləndirilməsi istiqamətində mühüm addım hesab edən ilk ölkələrdən olduq”...

Ancaq rəsmi Ankara da, Tehran da etiraf edir ki, Yaxın Şərqlə bağlı bir sıra fundamental məsələlərə hər iki ölkənin son dərəcə fərli yanaşması var. Və bu yanaşma bu ölkələr arasında gərginlik yaradır. 

Buna baxmayaraq İran rəsmisi xanım Fatemeh Mohajerani deyib: "Bizim Suriya ilə bağlı Türkiyə ilə müəyyən işimiz var və ümid edirik ki, bu məsələlər ağıllı şəkildə həll olunacaq".

Türkiyə və İran əslərdir ki, regionda əsas rəqiblər qismində çıxış edirlər. Bu ölkələrin son döyüş meydanı Suriya olub. 

Dekabrda Suriya prezidenti Bəşər Əsədin devrilməsi Suriyada güc dinamikasını əhəmiyyətli dərəcədə dəyişdi. Ankaranın mövqeyini gücləndi, eyni zamanda İranın təsiri heçə endi. Ancaq İran bunla barışmaq istəmir. Suriya, Livan, Fələstin, Yəmən və İraqda qeyb etdiyi əvvəlki əzəməti geri qaytarmağa çalışır...

Elbəyi Həsənli. Sürix 

Mia.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://mia.az
archiveBu xəbər 05 Mart 2025 15:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yayda ətir necə seçilməlidir? Tanınmış əttardan TÖVSİYƏLƏR

07 İyun 2025 13:47see192

Yığmamız Avropa kubokunun yarımfinalında Malta ilə qarşılaşacaq

07 İyun 2025 23:39see134

Bu gün İspaniya Portuqaliya finalı var

08 İyun 2025 10:46see127

“Bizə “avtobus müxalifəti” deyənlər bir həqiqəti qulaqlarına sırğa etsinlər ki...”

08 İyun 2025 19:43see120

“Hakimin az qala bütün qərarları ya Qarabağ ın, ya da Sabah ın narazılığına səbəb oldu”

08 İyun 2025 04:24see119

"Qumar kralı" "sağ əli" həbs edildi

07 İyun 2025 23:06see118

Münxendə insanlara bıçaqla hücum edən şəxs polis tərəfindən zərərsizləşdirilib

08 İyun 2025 04:24see117

40 il Korsikaya qarşı vuruşan Fransa... Niyə erməni separatizminə hə, rus separatizminə yox deyir...

07 İyun 2025 20:10see116

Klopp Real a hücumçu təklif etdi

07 İyun 2025 23:00see116

Astronomlar ilk dəfə unikal ulduzları kəşf edirlər..?

08 İyun 2025 00:17see116

Təhlükəli epizodlar yaratdıq Fernandu Santuş

07 İyun 2025 19:52see114

Zaxarova Zelenskini təhqir etdi: ...alçaq hərəkətə əl atıb

07 İyun 2025 21:57see114

YPX maşınına yol verən sürücüyə cərimə yazıldı VİDEO

07 İyun 2025 17:51see114

Rusiya ordusu Sumı şəhərinə yaxınlaşır

07 İyun 2025 17:23see114

Maskın təklifi

08 İyun 2025 04:23see114

Bakıda marketdən pul oğurlandı

07 İyun 2025 17:58see113

Kim deyər ki, 78 yaşı var? Video

08 İyun 2025 23:30see113

İlon Maskdan gözlənilməz həmlə ABŞ ı heyrətə saldı

07 İyun 2025 17:56see113

Cəlilabadda minik avtomobilləri toqquşub

08 İyun 2025 18:47see112

Ozempic qeyri adi bir yan təsirə malikdir..?

07 İyun 2025 23:46see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri