Türkiyə və İranın XİN rəhbərləri telefonla danışdı
Icma.az, Qafqazinfo portalına istinadən məlumat yayır.
Türkiyə və İranın xarici işlər nazirləri Hakan Fidanla Abbas Araqçı arasında telefon danışığı baş tutub.
“Qafqazinfo” “Mehr” agentliyinə istinadən xəbər verir ki, bu barədə məlumatı İran XİN yayıb.
Bildirilib ki, tərəflər söhbət zamanı iki ölkə arasında münasibətlər, eləcə də Omanda İran və ABŞ arasında baş tutan danışıqlar ətrafında fikir mübadiləsi aparıblar.
Məlumata görə, söhbət zamanı H.Fidan sözügedən məsələyə Türkiyənin istənilən dəstəyi verməyə hazır olduğunu vurğulayıb.
Xatırladaq ki, aprelin 12-də Omanda ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff və İranın xarici işlər naziri Abbas Araqçı arasında danışıqlar keçirilib. Uitkoffun sözlərinə görə, görüş müsbət və konstruktiv keçib. Araqçı da öz növbəsində danışıqları sakit və konstruktiv adlandırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:59
Bu xəbər 16 Aprel 2025 10:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















