Icma.az
close
up
RU
Azərbaycan, Türkiyə və Pakistan liderlərinin səsləndirdiyi mesajlar sarsılmaz birliyimizin göstəricisidir ŞƏRH

Azərbaycan, Türkiyə və Pakistan liderlərinin səsləndirdiyi mesajlar sarsılmaz birliyimizin göstəricisidir ŞƏRH

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 30 may, AZƏRTAC

Azərbaycan xalqı olaraq mayın 28-də tarixi anlar yaşadıq. Müstəqillik Günündə Azərbaycan və Türkiyə prezidentləri tərəfindən Laçın Beynəlxalq Hava Limanının açılışı, Azərbaycan, Türkiyə və Pakistan liderlərinin Zirvə görüşü, onların Müstəqillik Gününə həsr olunmuş konsert proqramında iştirak etməsi qürurvericidir. Liderlərin səsləndirdiyi mesajlar sarsılmaz birliyimizin və həmrəyliyimizin göstəricisidir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

Deputat bildirib ki, Azərbaycanın xarici siyasətində Türkiyə və Pakistanla əlaqələrin inkişafı mühüm yer tutur. Ötən dövr ərzində hər üç ölkə arasında münasibətlər davamlı olaraq güclənməkdədir. Bu gün dünyada Azərbaycan və Türkiyə qədər hər cəhətdən bir-birinə yaxın olan digər iki dövlət tapmaq çətindir. Ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinə əsaslanan əlaqələr zamanın sınağından uğurla çıxıb və indiyədək heç bir kənar qüvvə bu əlaqələrə hansısa bir formada zərər vura bilməyib. İki ölkə arasındakı əsl dostluq və qardaşlıq münasibətlərinin mahiyyəti Ulu Öndər Heydər Əliyevin ifadə etdiyi “Bir millət, iki dövlət” kəlamında dəqiq ifadə olunub. Prezident İlham Əliyev isə iki dövlət arasındakı qardaşlığı belə ifadə edib: “Türkiyə-Azərbaycan artıq bir yumruqdur, bir ürəkdir, bir candır”. Azərbaycan və Pakistan arasında da münasibətlər tarix, mədəniyyət, din, həmrəylik və qarşılıqlı dəstək üzərində qurulub. Azərbaycan-Pakistan münasibətlərinin yüksələn xətlə inkişafına həm dövlətlər səviyyəsində qətiyyətli siyasi iradə nümayiş etdirilir, həm də buna cəmiyyətlərimizin böyük istəyi var. Təsadüfi deyil ki, Laçında 28 May - Müstəqillik Gününə həsr olunmuş tədbirdə dostluğumuz və qardaşlığımız “Üç dövlət - bir millət” fəlsəfəsi ilə səciyyələndirilib.

Deputatın sözlərinə görə, 44 günlük Vətən müharibəsində Türkiyə və Pakistanın ölkəmizə güclü siyasi və mənəvi dəstəyi xalqımız tərəfindən yüksək dəyərləndirilir. Prezident İlham Əliyev də çıxışında bu məqamı xüsusi vurğulayıb. Azərbaycan və Türkiyənin əməkdaşlığı nəticəsində yalnız bölgəmizin deyil, geniş coğrafiyanın enerji xəritəsi dəyişib. Ölkələrimiz enerji təhlükəsizliyinin təmin edilməsində əhəmiyyətli rola malik olub və bu gün bərpaolunan enerjinin istehsalı və ixracı istiqamətində geniş layihələrə start verilib. Bununla yanaşı, Azərbaycan və Türkiyədən keçməklə Asiya ilə Avropanı birləşdirən nəqliyyat yolları strateji əhəmiyyət daşıyır. Multimodal yük marşrutunun inkişafı yolu ilə Pakistanın da bu təşəbbüsdə yaxından iştirakının əməkdaşlığımıza daha da təkan verəcəyinə əminik.

“Ümumiyyətlə, Laçında üç ölkənin liderləri çox mühüm mesajlar verdi. Biz iftixar hissi keçiririk ki, işğaldan azad edilmiş ərazilərimiz qısa müddət ərzində dünya liderlərini qəbul edir, həmin ərazilərdə möhtəşəm tədbirlər keçirilir. Təbii ki, bu mənzərə düşmənlərimizi, bədxahlarımızı məyus edir. Liderlərin verdiyi mesajlardan onlar ciddi nəticə çıxarmalıdırlar. Çünki bu birlik dünyada yeni bir geosiyasi gücdür. Regionumuzda sülh və əməkdaşlıq deyil, gərginlik yaratmağa çalışan qüvvələr bizim birliyimiz qarşısında dayana bilməz”, - deyə Fatma Yıldırım vurğulayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://azertag.az
archiveBu xəbər 30 May 2025 11:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see224

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see195

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see178

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see173

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see170

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see147

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see146

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see144

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see144

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see144

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see140

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see138

Tramp İran nümayəndələri ilə görüşə bilər

12 Yanvar 2026 07:39see137

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

12 Yanvar 2026 20:53see132

Mehdiyev işi nə görə o da ifadəyə çağırıldı

12 Yanvar 2026 19:46see127

Naxçıvanın sosial iqtisadi inkişafı haqda hesabat tədbiri keçirildi Fotolar

12 Yanvar 2026 20:51see127

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

13 Yanvar 2026 01:56see124

“Real”ın baş məşqçisi Xabi Alonsonun müqaviləsinə xitam verilib

12 Yanvar 2026 21:43see123

La Liqa: “Sevilya” “Selta”ya məğlub olub

13 Yanvar 2026 02:11see123

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

13 Yanvar 2026 13:48see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri