Icma.az
close
up
RU
Türkiyə Xarici İşlər Nazirliyi Latakiyada təxribatların qəbuledilməz olduğunu bildirib

Türkiyə Xarici İşlər Nazirliyi Latakiyada təxribatların qəbuledilməz olduğunu bildirib

Icma.az, Bizimyol portalına istinadən məlumat verir.

Türkiyə Xarici İşlər Nazirliyi Suriyanın Latakiya şəhərində təxribatların bu ölkədə sülhə və onun keçid hakimiyyətinin birliyi təmin etmək səylərinə xələl gətirə biləcəyini qəbuledilməz hesab edir.

Bizimyol.info xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Öncü Kecəli "X" sosial platforma hesabındakı açıqlamasında bildirib.

“Suriyada təhlükəsizliyin və sabitliyin təmin edilməsi üçün intensiv səylər göstərilir.

Belə bir kritik anda Latakiya və ətrafında gərginlik və təhlükəsizlik qüvvələrinə hücumlar keçid hakimiyyətinin Suriyada birlik və həmrəyliyi təmin etmək səylərinə zərər verə bilər. Bu cür təxribatların Suriyada və bölgəmizdə sülhə təhdid olmasına imkan verə bilmərik”, - deyə Keçəli qeyd edib.

O, həmçinin vurğulayıb ki, Türkiyə “suriyalıların sülh və rifah içində yaşamaq hüququna yönəlmiş istənilən hərəkətə qarşıdır”. Ankara isə öz növbəsində “Suriya xalqına və hökumətinə dəstəyini davam etdirəcək”ini bildirib.

Cümə axşamı Latakiya əyalətinin müxtəlif bölgələrində Suriya təhlükəsizlik qüvvələri ilə keçmiş prezident Bəşər Əsədi dəstəkləyən silahlı qruplar arasında toqquşmalar başlayıb. Ən şiddətli döyüşlər Əsəd ailəsinin mənsub olduğu dini azlıq olan ələvilərin yaşadığı Cebla şəhərində baş verib. Cebla yaxınlığında Rusiyanın Xmeymim aviabazası yerləşir. Təhlükəsizlik qüvvələri toqquşmalarda iştirak edən silahlı şəxslərin keçmiş xüsusi təyinatlılar komandiri Süheyl əl-Həssanla əlaqəli olduğunu bildirib. "Əl-Cəzirə" telekanalının məlumatına görə, döyüşlərdə azı 15 Suriya təhlükəsizlik işçisi həlak olub.

Ərəb Respublikasında 2024-cü ilin dekabrında hakimiyyət dəyişikliyindən sonra ən kütləvi hal alan davam edən qarşıdurmalara görə Latakiya, Tartus və Homs əyalətlərində komendant saatı tətbiq edilib. Rusiya Hərbi Dəniz Qüvvələrinin logistika mərkəzi Tartusda yerləşir.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:95
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 07 Mart 2025 16:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see228

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see216

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see196

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see173

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see168

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see159

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see157

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see156

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see155

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see155

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see154

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see154

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see148

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see148

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see148

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see141

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see140

Nəzrinlə Mərdanın qızı olacaq

31 Dekabr 2025 15:52see140

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see138

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri