Türkiyə yarı prezident idarəetmə üsuluna keçə bilər
Oxumeni.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Türkiyədə hakim Ədalət və İnkişaf Partiyası (AKP) qarşıdan gələn konstitusiya islahatlarına hazırlaşarkən respublikanın yarı-prezident idarəetmə üsuluna keçməsi məsələsini müzakirə edir. Oxuməni.az xəbər verir ki, bu barədə Türkiyənin "Ekonomim" qəzeti məlumat yayıb.
Qəzet yazır: "Prezident və parlament respublikasının xüsusiyyətlərini özündə birləşdirən qarışıq sistem ölkə parlamentini gücləndirməyə və orada hakim partiyanın çoxluğunu təmin etməyə imkan verəcək. Həmçinin, birmandatlı seçki sisteminə keçid təklif olunur".
TASS-ın məlumatına görə, Türkiyə Demokratiya Fondunun nümayəndələri bu məsələni artıq ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanla keçirilən son görüşdə müzakirə ediblər, lakin hakimiyyət orqanları hələlik bu təklifə münasibət bildirməyib.
Nəşr qeyd edir ki, ölkə prezidenti daha əvvəl dəfələrlə respublikanın prezident idarəetmə üsulundan parlament idarəetmə üsuluna qayıtması imkanları ilə bağlı polemikanı mənasız hesab etdiyini bəyan edib.
Xatırladaq ki, Türkiyədə prezident idarəetmə sistemi bir il əvvəl keçirilmiş ümumxalq referendumunda konstitusiya düzəlişlərinin qəbulundan sonra 2018-ci ildə fəaliyyətə başlayıb.
Almaz Həsənli
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 21 İyul 2026 14:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















