Türkiyə yığması Amerikaya bu futbolçularsız yollandı
Footbal-plus saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Xəbər verdiyimiz kimi Türkiyə yığmasını qarşıdakı günlərdə okeanın o tayında iki yoldaşlıq oyunu gözləyir.
"Football-plus.az" xəbər verir ki, qardaş ölkənin komandası iyunun 7-də ABŞ, iyunun 11-nə keçən gecə isə Meksika yığması ilə qarşılaşacaq.
İyunun 1-dən hazırlıqlara start verən ''ay-ulduzlular'' dünən gecə saatlarında Amerikaya yola düşdülər. Bu arada baş məşqçi Vinçentso Montella tərəfindən müəyyənləşdirilən 29 nəfərlik heyətdən 3 futbolçunun adı çıxarılıb. Yığmanın tibbi personalının qərarı ilə onlar Amerikaya aparılmayıblar. Söhbət yığmanın kapitanı Hakan Çalhanoğlu, eləcə də, ''Trabzonspor''un qapıçısı Uğurcan Çakır və ''Beşiktaş''ın gənc ulduzu Mustafa Həkimoğludan gedir.
Hakan Çempionlar Liqasının finalında PSJ-yə qarşı matçda əvəzlənərkən axsayaraq meydanı tərk etmişdi. Uğurcan zatən superliqanın son oyunlarını zədə üzündən buraxmalı olmuşdu. Mustafa Həkimoğlu isə son turda meydana çıxmış və hətta mövsümdə ilk qollarını da vurmuşdu. Özü də 18 yaşlı futbolçu ilk dəfə yığmaya çağırılmışdı. Amma onun əzələsində ağrılar olduğundan yığmanın məşqçilər korpusu riskə getmək istəməyib.
Maraqlıdı ki, 3 futbolçunun əvəzinə yığmaya cəmi 1 yeni isim çağırılıb. Bu, ''Qalatasaray''lı Ahmed Kutucudu. O, komanda ilə birlikdə Amerikaya yollanıb.
Baxış sayı:148
Bu xəbər 03 İyun 2025 12:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















