Türkiyə Yunanıstanı şərqdən qərbə viran qoyacaq Afinanın Tayfun qorxusu
Turkstan.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Yunanıstanın "Newsbeast" xəbər portalı Türkiyənin yeni hazırlanmış ballistik raketi olan "Tayfun" barədə araşdırma dərc edib.
Turkustan.az xəbər verir ki, məqalədə "Tayfun"un bütün Yunanıstanı əhatə edən bir mənzilə çatmaq qabiliyyətinin Afina üçün ciddi strateji maneə yaratdığı vurğulanıb.
"Qonşu ölkə tərəfindən hazırlanmış bu yeni nəsil silah sisteminin mənzilinin 2500 kilometrə çatması Yunanıstanın hazırkı çəkindirmə doktrinasının köklü şəkildə yenidən qiymətləndirilməsini zəruri edir. Çünki Türkiyə müharibə vəziyyətində bundan bizə qarşı istifadə etsə, raket Yunanıstanı şərqdən qərbə viran qoyacaq", - məqalədə qeyd olunub.
Məlumata görə, Türkiyə regionda güc balansını dəyişdirmək məqsədinə uyğun olaraq "Tayfun" ballistik raketinin daha inkişaf etmiş yeni versiyasını hazırlayıb və uğurla sınaqdan keçirib. Vurğulanıb ki, bu inkişaf Türkiyə müdafiə sənayesi üçün dönüş nöqtəsidir.
Nəşr yazıb ki, Türkiyənin daxili ərazilərindəki hədəfləri vurmaq qabiliyyətinə yiyələnmək Yunanıstan üçün kritik bir maneə yarada bilər. Əks halda, Yunanıstan “daimi strateji girov” vəziyyətinə düşə bilər və yüksək intensivlikli böhranda manevr imkanları ciddi şəkildə məhdudlaşacaq./publika.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 28 Yanvar 2026 12:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















