Icma.az
close
up
RU
Türkiyədə Bakını hədəf alanlar ağır şəkildə cəzalandırılmalıdır Əli Orucov

Türkiyədə Bakını hədəf alanlar ağır şəkildə cəzalandırılmalıdır Əli Orucov

Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Türkiyə sosial mediasında və bəzi mətbuat orqanlarında Azərbaycanın BMT Baş katibi postuna BƏƏ-nin namizədi Lana Nuseibehı dəstəkləyərək Türkiyənin namizədini kənara qoyduğu iddiaları yayılsa da, Azərbaycan Xarici İşlər Nazirliyi rəsmi bəyanat yayaraq Feridun Sinirlioğlunun BMT-nin Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışladıqlarını bəyan edib".

Bunu Redaktor.az-a açıqlamasında politoloq Əli Orucov dedi.

O vurğuladı ki, Türkiyənin bu posta Feridun Sinirlioğlunu namizəd olaraq irəli sürülməsi BƏƏ-dən çox sonraya təsadüf edir:

"Türkiyə-Azərbaycan dostluğunu zərbə altına qoymağa çalışan bəzi qüvvələrin Bakını ittiham etməsi əsassızdır. Növbəti manipulyasiya cəhdindən başqa bir şey deyil.

BMT Baş katibi postuna namizədlik irəli sürülməsi ilə bağlı hüquqi prosedur qaydalar var. Azərbaycanın ilk namizədi BƏƏ tərəfindən irəli sürülüb və öz namizədini daha əvvəl rəsmi şəkildə qeydiyyatdan keçirmiş və diplomatik kanallarla dəstək üçün Azərbaycana müraciət edib. Azərbaycan XİN-in bu təşəbbüsə xoşniyyətli və beynəlxalq diplomatik etiketə uyğun reaksiya verməsində isə qeyri-adi heç bir şey yoxdur. Türkiyə tərəfi Feridun Sinirlioğlunun namizədliyinə dair rəsmi məktubu BMT-yə yalnız 30-31 oktyabr tarixlərində təqdim edib. Türkiyə sosial media seqmentlərində Azərbaycana qarşı haqsız və əsassız ittihamlar genişlənərkən Ankara hələ öz namizədliyini rəsmən rəsmiləşdirməmişdi və hər hansı məlumat da verilməmişdi. Mövcud olmayan və müraciəti edilməyən namizədliyə görə Bakını ittiham etmək hüquqi cəhətdən qeyri-mümkün və olduqca absurdur. Bu, sadəcə, qarayaxma kampaniyası aparan qüvvələrin əlində bəhanədir".

Əli Orucov hesab edir ki, Türkiyənin Bakını hədəf almasının qarşısı sərt şəkildə alınmalı və bunu həyata keçirənlər ağır şəkildə cəzalandırılmalıdır.

Aytəkin TOFİQQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 02 Noyabr 2026 11:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see308

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see303

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see302

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see302

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see298

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see290

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see290

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see284

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see279

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see267

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see257

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see253

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see244

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see243

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see239

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see239

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see226

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see216

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see200

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri