Icma.az
close
up
RU
Şuşanın dirçəlişi milli mədəni irsimizin bərpasının mühüm nümunəsidir DEPUTAT DANIŞDI

Şuşanın dirçəlişi milli mədəni irsimizin bərpasının mühüm nümunəsidir DEPUTAT DANIŞDI

Sia Az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Şuşa Azərbaycan xalqının tarixində, mədəniyyətində, incəsənətində və ictimai-siyasi həyatında müstəsna əhəmiyyətə malik olan qədim şəhərlərimizdən biridir. Qarabağın tacı, Azərbaycanın mədəniyyət paytaxtı adlandırılan bu şəhər əsrlər boyu milli musiqimizin, poeziyamızın, ədəbiyyatımızın, memarlığımızın və incəsənətimizin inkişafında mühüm rol oynamışdır".

Bu sözləri SİA-ya açıqlamasında deputat Pərvanə Vəliyeva deyib.

Onun sözlərinə görə, Şuşa xalqımızın mənəvi dünyasının, milli kimliyinin və zəngin tarixi irsinin ayrılmaz hissəsidir:

"Şuşa şəhərinin əsası 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulmuşdur. Şəhərin əlverişli coğrafi mövqeyi, təbii müdafiə imkanları və strateji əhəmiyyəti onun qısa müddətdə Qarabağ xanlığının mühüm siyasi, iqtisadi və mədəni mərkəzlərindən birinə çevrilməsinə şərait yaratmışdır.

Tarixən Şuşa özünəməxsus memarlıq üslubu, daş küçələri, qədim məscidləri, tarixi abidələri, yaşayış evləri və zəngin mədəni mühiti ilə seçilmişdir. Şəhər Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin qorunmasında və gələcək nəsillərə ötürülməsində mühüm rol oynamışdır.

Şuşa Azərbaycan musiqi mədəniyyətinin inkişafında xüsusi xidmətləri olan görkəmli şəxsiyyətlərin vətənidir. Təsadüfi deyil ki, Şuşa uzun illər Azərbaycan musiqisinin, xüsusilə muğam sənətinin beşiyi hesab edilmişdir. Burada formalaşan musiqi məktəbi milli mədəniyyətimizin inkişafına böyük töhfələr vermiş, Azərbaycan incəsənətinin dünya miqyasında tanınmasında mühüm rol oynamışdır.

Şuşanın tarixi abidələri sırasında Yuxarı Gövhər Ağa məscidi, Aşağı Gövhər Ağa məscidi, Saatlı məscidi, Molla Pənah Vaqifin məqbərəsi, Natəvanın evi, İsa bulağı və digər tarixi-mədəni məkanlar xüsusi əhəmiyyət daşıyır. Bu abidələr xalqımızın zəngin tarixi keçmişinin və yüksək mədəniyyətinin canlı nümunələridir.

1992-ci il mayın 8-də Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi Azərbaycan xalqının tarixində ən ağır faciələrdən biri olmuşdur. Şuşanın işğalı ilə xalqımız özünün mühüm tarixi-mədəni mərkəzlərindən birini itirmiş, şəhərin sakinləri doğma torpaqlarından didərgin düşərək məcburi köçkün həyatı yaşamağa məcbur olmuşlar.

İşğal illərində Şuşanın tarixi simasının dəyişdirilməsi, Azərbaycan xalqına məxsus maddi-mədəni irsin məhv edilməsi və milli-mənəvi izlərin silinməsi istiqamətində məqsədyönlü addımlar atılmışdır. Şəhərin tarixi və dini abidələri dağıdılmış, muzeylər talan edilmiş, milli mədəniyyətimizin qiymətli nümunələri məhv edilmişdir.

Lakin bütün bu çətinliklərə baxmayaraq, Azərbaycan xalqı Şuşanı heç vaxt unutmadı. Şuşanın azad olunması hər bir azərbaycanlının qəlbində yaşayan müqəddəs arzuya çevrildi. Xalqımız bu tarixi torpağa qayıdacağına, üçrəngli Dövlət Bayrağımızın yenidən Şuşada dalğalanacağına daim inam bəslədi.

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı hərbi təxribatlarına cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatlarına başladı. Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri Vətən müharibəsində yüksək peşəkarlıq, əzmkarlıq və qəhrəmanlıq nümayiş etdirdi.

44 gün davam edən Vətən müharibəsi Azərbaycan xalqının milli birliyinin, dövlətimizin hərbi qüdrətinin və Ordumuzun döyüş qabiliyyətinin möhtəşəm təntənəsinə çevrildi. Döyüş meydanında əldə edilən uğurların ən mühüm mərhələlərindən biri Şuşa şəhərinin azad edilməsi əməliyyatı oldu. Dağlıq ərazidə yerləşən, sıldırım qayalarla əhatə olunan və hərbi-strateji baxımdan olduqca mühüm əhəmiyyət daşıyan Şuşanın azad edilməsi Azərbaycan əsgər və zabitlərinin misilsiz qəhrəmanlığı nəticəsində mümkün oldu. Azərbaycan Ordusunun xüsusi təyinatlı qüvvələri çətin relyef şəraitində, ağır döyüşlərdə böyük iradə və cəsarət göstərərək şəhərə daxil oldular. Şuşa uğrunda gedən döyüşlər hərb tariximizin ən şərəfli səhifələrindən biri kimi yaddaşlara həkk olundu.

Nəhayət, 2020-ci il noyabrın 8-də Şuşa şəhəri işğaldan azad edildi,. Həmin gün Ölkə Başçısı cənab İlham Əliyev Azərbaycan xalqına müraciət edərək Şuşanın azad olunması xəbərini böyük sevinc və qürur hissi ilə elan etmişdir. Dövlət başçısının səsləndirdiyi: “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!” tarixi sözləri xalqımızın yaddaşına əbədi həkk olundu.

Bu qələbə Azərbaycan xalqının 28 illik həsrətinə son qoydu, tarixi ədalətin bərpası istiqamətində mühüm mərhələyə çevrildi. Şuşanın azad edilməsi Ermənistanı kapitulyasiya aktını imzalamağa məcbur edən əsas hərbi-siyasi amillərdən biri oldu.

Məhz Şuşanın azad edildiyi 8 noyabr tarixi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərəncamı ilə Zəfər Günü elan edildi.

Şuşanın azad edilməsindən sonra dövlətimizin qarşısında duran əsas vəzifələrdən biri şəhərin tarixi simasının bərpası, mədəni irsinin qorunması və əvvəlki şöhrətinə qovuşdurulması oldu.

Bu istiqamətdə mühüm siyasi və hüquqi qərarlardan biri 2021-ci il mayın 7-də qəbul edildi. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan olundu. Bu qərar Şuşanın Azərbaycan xalqının tarixində və mədəniyyətində tutduğu müstəsna mövqeyin dövlət səviyyəsində təsdiqi olmaqla yanaşı, şəhərin milli və beynəlxalq miqyasda tanıdılması baxımından da böyük əhəmiyyət daşıyır.

Bundan sonar 2022-ci il Azərbaycanda “Şuşa İli” elan edildi. Bu çərçivədə ölkə daxilində və xaricdə çoxsaylı mədəniyyət, incəsənət, elmi və ictimai tədbirlər keçirildi. Şuşanın zəngin tarixi, milli-mənəvi dəyərləri və Azərbaycan mədəniyyətinə verdiyi töhfələr geniş şəkildə təbliğ olundu. Şuşa 2023-cü ildə Türk dünyasının mədəniyyət paytaxtı, 2024-cü ildə isə İslam dünyasının mədəniyyət paytaxtı kimi də beynəlxalq səviyyədə tanındı. Bu statuslar şəhərin tarixi-mədəni əhəmiyyətinin beynəlxalq miqyasda təsdiqi baxımından mühüm hadisələrdir.

Şuşanın azad edilməsindən sonra şəhərdə genişmiqyaslı bərpa və yenidənqurma işlərinə başlanılmışdır. Dövlət Başçısının rəhbərliyi ilə həyata keçirilən layihələr şəhərin tarixi memarlıq üslubunun qorunmasına, infrastrukturunun müasirləşdirilməsinə və yaşayış üçün əlverişli şəraitin yaradılmasına xidmət edir. İlk növbədə şəhərin yolları, elektrik, su və kommunikasiya sistemləri yenidən qurulmuş, tarixi abidələrin bərpası istiqamətində mühüm layihələr həyata keçirilmişdir.

Həmçinin, Yuxarı Gövhər Ağa məscidində bərpa və yenidənqurma işləri aparılmış, Molla Pənah Vaqifin məqbərəsi bərpa edilərək yenidən istifadəyə verilmiş, Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin güllələnmiş heykəlləri yenidən Şuşaya qaytarılmışdır.

Eyni zamanda Şuşanın tarixi küçələri və memarlıq nümunələri bərpa edilmiş, şəhərin turizm və mədəniyyət infrastrukturu inkişaf etdirilmişdir. Şuşanın ölkənin digər bölgələri ilə nəqliyyat əlaqələrinin yaxşılaşdırılması istiqamətində də mühüm işlər görülmüşdür. Xüsusilə Şuşaya aparan və Prezident İlham Əliyevin təşəbbüsü ilə “Zəfər yolu” adlandırılan avtomobil yolunun tikintisi şəhərin inkişafı baxımından strateji əhəmiyyət daşımışdır. Bütün bu layihələr Şuşanın yalnız fiziki baxımdan deyil, həm də tarixi və mənəvi baxımdan dirçəldilməsinə xidmət edir.

Bu gün Şuşa Azərbaycan mədəniyyətinin dünyaya təqdim edildiyi mühüm mərkəzlərdən biridir. Şəhərdə keçirilən beynəlxalq tədbirlər, musiqi festivalları, elmi konfranslar və mədəniyyət proqramları onun əvvəlki şöhrətinin bərpasına mühüm töhfə verir. Xüsusilə ənənəvi “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının yenidən keçirilməsi Şuşanın mədəni həyatının dirçəlişinin parlaq nümunəsidir.

Cıdır düzü, İsa bulağı, Şuşa qalası və digər tarixi məkanlar Azərbaycanın turizm potensialının inkişafında mühüm rol oynayır. Bu məkanlar həm yerli, həm də xarici turistlərin diqqətini cəlb etməklə yanaşı, Azərbaycan xalqının zəngin tarixi və mədəni irsinin tanıdılmasına xidmət edir. Şuşanın dirçəlişi həm də Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən genişmiqyaslı inkişaf strategiyasının mühüm tərkib hissəsidir.

Şuşanın azad edilməsi ilə xalqımızın doğma torpaqlarına qayıdış arzusu reallığa çevrilməyə başladı. İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən Böyük Qayıdış proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması istiqamətində mühüm addımlar atılır. Şuşada yaşayış evlərinin, sosial obyektlərin, təhsil və mədəniyyət müəssisələrinin bərpası şəhərin yenidən məskunlaşması üçün geniş imkanlar yaradır.

Şuşanın yenidən qurulması gələcək nəsillərə ötürülən mühüm tarixi və mənəvi mirasdır. Bu şəhər bundan sonra da Azərbaycan xalqının milli birliyinin, dövlət müstəqilliyinin və ərazi bütövlüyünün rəmzi kimi yaşayacaqdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2023-cü il 31 iyul tarixli “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” Sərəncamına əsasən, hər il noyabrın 8-i Şuşa Şəhəri Günü kimi qeyd olunur. Bu Sərəncam Vətən müharibəsində qazanılmış tarixi Qələbənin əbədiləşdirilməsi, işğaldan azad edilmiş şəhərlərin tarixi əhəmiyyətinin gələcək nəsillərə çatdırılması baxımından mühüm dövlət qərarıdır.

Noyabrın 8-i həm Şuşa Şəhəri Günü, həm də Zəfər Günü kimi Azərbaycan xalqının yaddaşında xüsusi yer tutur. Bu iki tarixi məna bir-birini tamamlayaraq dövlətimizin gücünü, xalqımızın birliyini və Ordumuzun qəhrəmanlığını ifadə edir".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:160
embedMənbə:https://sia.az
archiveBu xəbər 08 Noyabr 2026 10:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see282

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see264

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see262

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see259

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see255

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see245

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see236

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see232

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see227

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see227

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see223

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see214

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see213

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see207

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see201

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see199

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see196

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see191

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri