Icma.az
close
up
RU
8 Noyabr: İllərin intizarına son qoyan Möhtəşəm Zəfər Günü

8 Noyabr: İllərin intizarına son qoyan Möhtəşəm Zəfər Günü

Icma.az, Baku.ws portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Noyabrın 8 – təkcə təqvimdəki bir tarix deyil, xalqın illərlə qəlbində daşıdığı arzunun gerçəkliyə çevrildiyi gündür.

Bu gün hər bir azərbaycanlının sinəsində qürur hissi, gözlərində fərəh yaşı, ürəyində isə şükran duyğusu yaşadır.

Azərbaycan Xalq Cümhuriyyəti yaranandan, müstəqillik bərpa olunandan sonra respublika vətəndaşları dövlət əhəmiyyətli qələbə bayramı qeyd etməmişdi. Uzun illər boyu xalq bu günün həsrətini çəkmiş, ona inanmış və gözləmişdi. Son illərdə isə Azərbaycan xalqı dövlət səviyyəsində öz Zəfər Gününü qeyd edir.

Bu bayram 2020-ci il sentyabrın 27-də Ermənistan Silahlı Qüvvələrinin təxribatına cavab olaraq başlanmış, 44 gün davam etmiş əks-hücum əməliyyatının nəticəsidir. Bu nəticə xalqın əzmkarlığının və Prezident İlham Əliyevin qətiyyətli siyasətinin bəhrəsidir. Zəfər Günü Prezident İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı sərəncama əsasən qeyd olunur.

Məhz noyabrın 8-də Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin simvoluna çevrilmiş Şuşa işğaldan azad edildi. Bu xəbər bütün dünyada yaşayan azərbaycanlıların qəlbində sevinc dalğası yaratdı, xalqın ruhunu yüksəltdi.

Münaqişəyə son qoyan həmin möhtəşəm 44 gün dünya azərbaycanlılarının ictimai, siyasi, mədəni və şəxsi həyatında dərin iz buraxdı. Bu Zəfərin nəticəsi kimi 2023-cü ilin sentyabrında Azərbaycanın suverenliyi tam bərpa olundu. Həmin hadisə 44 günlük qələbənin məntiqi davamı və yekunu oldu: Zəfərin açdığı yol sentyabrda başa çatdı, ölkənin suverenliyi bütünlüklə bərpa edildi. 2023-cü ilin sentyabrı da Zəfərin bəhrəsi kimi dünya azərbaycanlılarının ictimai, siyasi, mədəni və şəxsi həyatında dərin iz buraxdı. Bu, postsovet məkanında həllini tapan yeganə münaqişədir.

Bu tarixi uğurun arxasında xalqın sarsılmaz iradəsi və Ali Baş Komandan İlham Əliyevin əzmi dayanır. Məhz bu iradə və əzm sayəsində illərlə davam edən haqsızlıq aradan qaldırıldı, ədalət bərpa olundu.

Azərbaycan torpaqlarının işğalı milli azadlıq mübarizəsinə zərbə vurmaq, xalqı azadlıq yolundan döndərmək məqsədi daşıyırdı. Lakin Azərbaycan xalqı bu arzudan əl çəkmədi. Çətinliklər, sınaqlar və məhrumiyyətlər xalqın iradəsini qıra bilmədi, əksinə, onu daha da möhkəmləndirdi. Buna görə də Zəfər Günü 1918-ci ildən başlanmış Milli Azadlıq mübarizəsinin yekunu, taleyin xalqa qaytardığı haqq-ədalətdir.

Bu Zəfərin işığı təkcə Azərbaycana düşmədi, region yeni geosiyasi nizama qədəm qoydu. Sülh sazişi imzalandıqdan sonra Cənubi Qafqazda əməkdaşlığın, sülhün və əmin-amanlığın bünövrəsi möhkəmlənə bilər. Lakin bu imkanları yaradan məhz Azərbaycan xalqının dönməzliyi və Prezident İlham Əliyevin uzaqgörən, qətiyyətli rəhbərliyi oldu. Bu gün region ölkələrinin qarşısında ortaq gələcək qurmaq, qarşılıqlı etimad və sabitlik üzərində inkişaf etmək imkanı açılıb.

Zəfərə aparan yol, mübarizə və nəticə sübut etdi ki, münaqişələr mənasız və faydasızdır. Zəfər Günü regionda qarışıqlıq yaradaraq münaqişəni qızışdıranlara da dərs oldu, belə hegemonluğun üzünü ifşa etdi. Tarix göstərdi ki, haqq-ədalət əvvəl-axır öz yerini tapır, qüvvəyə və təzyiqə arxalananlar isə sonda məğlub olur.

Azərbaycan Silahlı Qüvvələrinin igidliyi, xalqın birliyi və əzmkarlığı, Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə qazanılan Zəfərin əhəmiyyəti zaman keçdikcə daha aydın görünəcək. Bu Zəfər gələcək nəsillər üçün qürur mənbəyi, vətənpərvərlik məktəbi və milli yaddaşın əbədi səhifəsi olaraq qalacaq. Bu Zəfər sınmaz iradənin, birliyin və liderə inamın təcəssümüdür.

Zəfər Bayramımız mübarək!

Report İnformasiya Agentliyi

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://baku.ws
archiveBu xəbər 08 Noyabr 2026 10:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see358

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see349

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see296

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see265

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see262

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see246

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see239

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see224

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see217

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see216

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see210

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see205

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see204

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see201

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see195

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see190

Flik “Barselona”da gücləndirmək istədiyi iki mövqeni müəyyənləşdirib

10 Noyabr 2026 04:12see183

Norris: “Hələ çempionluq uğrunda mübarizəyə hazır deyilik”

10 Noyabr 2026 05:17see180

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see176

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri