Icma.az
close
up
RU
Türkiyədə Flora Kərimovanın estetik işi ilə bağlı istintaq BAŞLADI

Türkiyədə Flora Kərimovanın estetik işi ilə bağlı istintaq BAŞLADI

Icma.az bildirir, Modern.az portalına istinadən.

Türkiyənin Baş Prokurorluğu Azərbaycanın Xalq artisti Flora Kərimova və plastik cərrah Sevinc Heydərova arasındakı mübasiə ilə bağlı istintaq başladıb.

Bu barədə Modern.az-a Xalq artistinin vəkili Elcan Həsənli məlumat verib.

Onun sözlərinə görə, Sevinc Heydərovanın plastik cərrahiyyə ixtisasının əldə edilməsi ilə bağlı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən sənədlər təqdim edilmişdi:

“Sənədlər əsasında müəyyən olunmuşdu ki, Sevinc Heydərova İstanbul Bağcılar Eğitim və Araşdırma xəstəxanasında 2018-ci ildə 6 ay və 2019-cu ildə 3 ay olmaqla ümumilikdə 9 ay praktikada olub. Qeyd edilib ki, o bu dövrdə əməliyyatlar edib, praktiki tibbi bacarıqlara yiyələnib. Ondan sonra biz həmin xəstəxanaya sorğu göndərdik. Sorğumuza cavab olaraq bildirildi ki, orada belə bir insan ümumiyyətlə olmayıb. Həmin sənədlər Mehmet Bozkurtun imzası ilə verilmişdi. O isə səsyazılarında Sevinc Heydərovaya belə bir sənəd vermədiyini bildirib. M.Bozkurt Sevinc Heydərovanın sadəcə qısamüddətli kurslarda iştirak etdiyini və ona qeyd edilən sənədlərin verilmədiyini bildirib”.

Vəkil bildirib ki, Səhiyyə Nazirliyi sertifikatı həmin sənədlər əsasında verdiyini qeyd etdiyi üçün onlar Türkiyə Cümhuriyyəti Prokurorluğuna təqdim edilib:

“Biz sənədləri təqdim etdik ki, sənədlərin saxta olub-olmadığı, elədirsə kim tərəfindən və necə hazırlanması aydınlaşsın. Bu məsələlərlə bağlı Türkiyənin Bakırköy Prokurorluğu tərəfindən istintaq aparılır. Həmin prosesə qoşulan şəxslər araşdırılacaq və inanırıq ki, günahkarlar cinayət məsuliyyətinə cəlb ediləcək. Bu faktlarla bağlı Azərbaycan Respublikası Baş Prokurorluğuna da müraciət etmişik. Hazırda Bakı şəhər Prokurorluğunda da istintaq aparılır. Bizim hüquqi mübarizəmiz Sevinc Heydərova tərəfindən Səhiyyə Nazirliyinə təqdim olunmuş sənədlərin həqiqiliyinin müəyyən edilməsi, əgər saxta sənəddirsə, həmin şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsidir”.

Qeyd edək ki, Sevinc Heydərova 2021-ci ildə Flora Kərimovanın gözlərinin üstünü estetik əməliyyat edib, botoks vurub. Ancaq Xalq artisti bunun əks fəsadlarını görüb, gözlərinin görmə qabiliyyəti tamamilə zəifləyib. Xalq artisti bundan sonra həkimi məhkəməyə verib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:256
embedMənbə:https://modern.az
archiveBu xəbər 15 Yanvar 2025 15:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see320

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see286

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see278

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see274

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see269

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see265

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see263

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see248

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see243

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see239

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see229

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see228

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see225

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see225

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see223

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see220

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see216

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see202

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see197

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri