Türkiyədə istirahət edənlərin nəzərinə Təhlükəli bakteriya aşkarlandı
Unikal.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Türkiyədə istirahət edənlərə dənizdə çimərkən ehtiyatlı olmaları tövsiyə olunub. Səbəb isə dəniz sularında sağlamlıq üçün ciddi təhlükə yaradan Vibrio növünə aid bakteriyaların aşkarlanmasıdır.
"Unikal" xəbər verir ki, bu barədə “Milliyet” qəzeti Türkiyənin tibb müəssisələrində çalışan mütəxəssislərə istinadən məlumat yayıb.
"Florence Nightingale" xəstəxanasının uroloqu Uğur Aferinin sözlərinə görə, Vibrio bakteriyaları artıq Mərmərə, Egey və Aralıq dənizlərinin sularında qeydə alınıb.
Həkim bildirir ki, bu mikroorqanizmlər isti və duzlu sularda sürətlə çoxalır və insan orqanizminə daxil olduqda ciddi xəstəliklərə səbəb ola bilər.
Xüsusilə təhlükəli hesab edilən Vibrio bakteriyası çirkli dəniz suyunun udulması nəticəsində vəba xəstəliyini yarada bilər. Eyni zamanda Vibrio vulnificus bakteriyası açıq yaralardan bədənə keçərək ağır dəri infeksiyalarına yol aça bilər.
Bakteriyanın yaranma səbəbi nədir?
Vibrio bakteriyaları, əsasən isti və duzlu sulara uyğunlaşmış mikroorqanizmlərdir. Yay aylarında dəniz suyunun temperaturu artdıqca bu bakteriyaların çoxalma sürəti də artır. Dəniz suyunun çirklənməsi və iqlim dəyişiklikləri də bu bakteriyaların yayılmasına şərait yaradır.
Gülayə Mecid
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:57
Bu xəbər 21 İyul 2025 12:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















