Icma.az
close
up
RU
Türkiyədə istirahət niyə baha başa gəlir? EKSPERT AÇIQLADI

Türkiyədə istirahət niyə baha başa gəlir? EKSPERT AÇIQLADI

Sia Az saytından alınan məlumata görə, Icma.az bildirir.

“Son bir neçə il ərzində, xüsusilə COVID-19 pandemiyasından sonra, Türkiyəyə istiqamətlənən turizm paketlərinin qiymətlərində ciddi artımlar müşahidə olunmaqdadır. Statistiki göstəricilərə əsasən, bu artım bəzən 50 faizdən çox təşkil etmişdir. Bu tendensiyanın əsas səbəbləri arasında pandemiya dövründə və sonrasında dünya miqyasında baş verən iqtisadi böhranlar, nəqliyyat xərclərinin yüksəlməsi, qida məhsullarının bahalaşması, enerji daşıyıcılarının qiymətindəki artımlar və yüksək inflyasiya səviyyəsi dayanır. Bu faktorlar birbaşa olaraq turizm sənayesinə təsir göstərmiş, nəticədə turizm paketlərinin maya dəyəri və satış qiymətləri yüksəlmişdir”. Bu sözləri SİA-ya açıqlamasında turizm eksperti Ceyhun Aşurov deyib.

Ceyhun Aşurov sözlərinə belə davam edib: “Pandemiyadan sonrakı mərhələdə qiymətlər qlobal miqyasda nisbətən stabilləşsə də, Türkiyə istiqamətində turizm xərcləri yüksək səviyyədə qalmaqda davam edir. Birləşmiş Millətlər Ümumdünya Turizm Təşkilatının məlumatına əsasən, 2021–2022-ci illərdə dünya üzrə turist başına düşən orta xərclər 1500 ABŞ dollarına yaxınlaşmışdır ki, bu da pandemiyadan əvvəlki (2018–2019) illərlə müqayisədə təxminən 50% artım deməkdir (əvvəlki dövrdə bu rəqəm təqribən 1000 dollar idi).

Bununla yanaşı, Türkiyə özünü əvvəlki dövrlərlə müqayisədə fərqli turizm strategiyası çərçivəsində təqdim etməyə başlamışdır. Əvvəllər kütləvi və nisbətən ucuz destinasiya imicinə malik olan Türkiyə, son illərdə daha gəlirli və yüksək seqmentli turistləri cəlb etməyə çalışmış, bunun nəticəsində turizm məhsullarının qiymətləri daha yüksək səviyyədə formalaşmışdır. Ölkə daxilində aparılan iqtisadi siyasət də bu qiymət artımlarına təsir göstərmiş, bir sıra xidmətlərdə və istehlak məhsullarında bahalaşma müşahidə edilmişdir.

Əvvəllər Azərbaycan və digər ölkələrdən gələn turistlər üçün Türkiyə daha əlverişli alış-veriş, qida və otel xərcləri ilə seçilirdisə, hazırkı mərhələdə bu üstünlüklər xeyli zəifləyib. Maraq doğuran bir məqam isə ondan ibarətdir ki, artıq Türkiyə vətəndaşlarının özləri də daha sərfəli alternativlər axtararaq Misir, Azərbaycan, Gürcüstan və Balkan ölkələrinə səyahət etməyə başlamışlar.

Bu qiymət artımları ümumilikdə Türkiyənin turizm paketlərinə olan tələbatı müəyyən qədər azaltsa da, rəsmi statistika göstərir ki, ölkə ötən il 60 milyona yaxın turist qəbul etmiş və turizmdən 57 milyard ABŞ dollarından çox gəlir əldə etmişdir. Bu nəticələr həm də Türkiyənin pandemiyadan sonra turizm sahəsində tətbiq etdiyi çevik siyasət, məhdudiyyətlərin tez bir zamanda aradan qaldırılması və geosiyasi əlaqələrdən uğurla faydalanması ilə izah olunur. Xüsusilə də Rusiya bazarına çıxışın açıq qalması və Avropa ölkələrinin tətbiq etdiyi məhdudiyyətlər fonunda Rusiyadan olan turistlər və iş adamları üçün əlverişli şəraitin yaradılması mühüm rol oynamışdır.

Nəticə etibarilə, Türkiyənin turizm qiymətlərindəki artım onun daxili iqtisadi vəziyyəti, strateji mövqeləndirmə siyasəti və beynəlxalq siyasi-iqtisadi şərtlərlə sıx bağlıdır. Bu artımlar bir tərəfdən ölkənin turizm gəlirlərini artırsa da, digər tərəfdən bəzi bazarlarda rəqabət qabiliyyətini zəiflədə bilər”.

Ayşən Vəli

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:156
embedMənbə:https://sia.az
archiveBu xəbər 23 İyul 2025 18:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see352

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see337

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see322

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see317

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see292

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see279

Dişlər yaddaş kartımızdır?

17 Noyabr 2026 13:42see276

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see258

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see240

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

17 Noyabr 2026 13:48see239

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see230

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see222

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see219

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

17 Noyabr 2026 14:53see217

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see217

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see215

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see215

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see208

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see203

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri