Türkiyədə keçmiş arvadının boğazını kəsərək öldürən şəxs həbs edildi
Azxeber.com saytına istinadən Icma.az xəbər verir.
İki övladının anası olan Hatice Ünlü adlı qadının boğazını kəsərək öldürən şəxs həbs edilib.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Türkiyənin Denizli bölgəsində baş verib.
Həbsxanadan yeni çıxan məhkum Mehmet Köseoğlu (42 yaş) 4 il əvvəl boşandığı keçmiş həyat yoldaşı Hatice Ünlünün (42) yaşadığı evə gedib.
Uşaqlarının əşyalarını almaq üçün mənzilin qarşısında bir müddət gözləyən Mehmet Köseoğlu, Hatice Ünlünün sevgilisi olduğu iddia edilən Həsən Çalışkanla (42) çölə çıxdığını görəndə özündən çıxıb.
Mehmet Köseoğlu yanında gəzdirdiyi bıçaqla cütlüyə hücum edib. Hatice Ünlünün boğazını kəsdikdən sonra Həsən Çalışkanın da döş və boğaz nayihəsindən bıçaqlayıb.
Qanlar içində küçənin ortasında yıxılan Hatice Ünlü xəstəxanada edilən bütün müdaxilələrə baxmayaraq həyatını itirib. Həsən Çalışkanın müalicəsinin davam etdiyi öyrənilib.
Hadisə yerindən qaçan Mehmet Köseoğlu polis qruplarının çalışması ilə qısa müddətdə tutularaq həbs edilib.
Oksana
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:134
Bu xəbər 14 Aprel 2025 13:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















