Icma.az
close
up
RU
Türkiyədə konstitusiya dəyişikliyinə getmək ağır və riskli prosedurdur Analiz

Türkiyədə konstitusiya dəyişikliyinə getmək ağır və riskli prosedurdur Analiz

Icma.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ərdoğan hakimiyyəti konstitusiya dəyişikliyi məsələsini son dərəcə dəqiqliklə hesablamalıdır

 2028-ci ildə biz artıq Ərdoğanı deyil, onun razılıq verdiyi və AK Partiyanı təmsil edə biləcək potensiala malik başqa bir namizədi görəcəyik"

Türkiyə siyasətində növbədənkənar prezident seçkiləri, konstitusiya referendumu və yeni konstitusiyanın qəbulu yenidən gündəmə gəlib. Müxalifət bunu Prezident Rəcəb Tayyib Ərdoğanın mövqeyini gücləndirməyə yönəlmiş addım hesab edir, hakimiyyət isə siyasi sistemin yenilənməsi kimi təqdim edir. Türkiyə mediasına görə Ədalət və İnkişaf Partiyası (AKP) 2026-cı ildə Ərdoğana konstitusiya dəyişikliyi ilə bağlı təkliflər təqdim etməyi planlaşdırır. Hesabatda prezident idarəetmə sistemində dəyişikliklər və yeni Konstitusiya qəbul olunacağı halda erkən prezident seçkiləri imkanları da nəzərdən keçirilir. Lakin bu iddiaların doğru olub-olmaması sual altında qalmaqda davam edir.

Siyasi şərhçi Həşim Səhrablı Sherg.az-a açıqlamasında Türkiyədə növbədənkənar prezident seçkilərinin keçirilməsi, eyni zamanda konstitusiya referendumuna gedilməsi və yeni konstitusiyanın qəbul olunması ilə bağlı müzakirələrin əvvələr də gündəmə gəldiyini söyləyib:

"Bu mövzu dəfələrlə müzakirə edilib. Müxalifət düşərgəsi hakimiyyətin, xüsusilə də Prezident Rəcəb Tayyib Ərdoğanın yenidən seçilməsi üçün özünə yol açdığını iddia edib. Hakimiyyət qanadı və onu təmsil edən müxtəlif siyasətçilər, eləcə də dövlət qurumları isə bunun əksini söyləyərək bu addımların Türkiyədə demokratiyanın qorunması və gələcək inkişafı üçün nəzərdə tutulan yeni siyasi model olduğunu bildiriblər. Ancaq bütün hallarda hazırda Türkiyədə konstitusiya dəyişikliyinə getmək kifayət qədər ağır və riskli prosedurdur. Bunun əsas səbəblərindən biri dünyada baş verən qlobal dəyişikliklər, digəri isə bu proseslərin fonunda Türkiyənin daxili siyasətində yaranan ciddi qarışıqlıqlardır. Eyni zamanda iqtisadi böhran ölkədə siyasi ab-havaya birbaşa təsir göstərir və anti-hökumət, xüsusilə də anti-Ərdoğan mövqeyində olan qüvvələrin fəallaşmasına zəmin yaradır. Belə bir şəraitdə Ərdoğan hakimiyyəti konstitusiya dəyişikliyi məsələsini son dərəcə dəqiqliklə hesablamalıdır. Çünki bu prosesin sonunda hakimiyyətin əsas məqsədi referendumda qalib gəlmək və xalqın dəstəyini almaqdır. Lakin bu plan elə qurulmalıdır ki, nəticə etibarilə onların əleyhinə çevrilməsin".

Ekspert hazırkı mərhələdə hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) konstitusiya referendumuna tələsməyəcəyini deyib:

"Eyni zamanda Ərdoğanın növbəti dəfə prezidentliyə namizəd olmasının yolunun açılması məsələsinə də ehtiyatla yanaşılacaq. Hətta mümkündür ki, AK Parti növbəti seçkilərdə partiyanı təmsil edə biləcək fərqli bir namizədlə yarışa qatılsın. Türkiyə mediasında yayılan məlumatlara görə, onun yaşla bağlı səhhətində müəyyən problemlərin olduğu da iddia edilir. Bu məlumatlar doğru olmasa belə, artıq məsələ Ərdoğanın şəxsi qərarına çevrilir: "o, yenidən prezident olmaq, 85 milyonluq ölkənin məsuliyyətini öz üzərinə götürmək və bu ağır yükü daşımaq istəyirmi?". Əgər istəyirsə, onun növbəti siyasi gedişlərinin nədən ibarət olacağı ayrıca müzakirə mövzusudur. Lakin aydındır ki, bu məsələ yaxın bir neçə ay ərzində öz həllini tapmayacaq. Böyük ehtimalla ən azı yarım il, bəlkə də bir il sonra Türkiyədə konstitusiya dəyişikliyi üçün referendumun olub-olmayacağı və Ərdoğanın yenidən namizədliyini irəli sürüb-sürməyəcəyi sualları cavabını tapacaq. Hazırkı mərhələdə isə düşünürəm ki, 2028-ci ildə biz artıq Ərdoğanı deyil, onun razılıq verdiyi və AK Partiyanı təmsil edə biləcək potensiala malik başqa bir namizədi görəcəyik".

Siyasətçi hesab edir ki, Türkiyə yeni konstitusiya sisteminə keçməyə çalışacaq:

"Ərdoğandan sonrakı dövrdə prezidentin bu qədər geniş səlahiyyətlərə malik olduğu bir idarəetmə modelini Türkiyə dövləti uzunmüddətli perspektivdə daşımaqda çətinlik çəkə bilər. Hakimiyyət də bunun fərqindədir və məhz buna görə Ərdoğandan sonrakı dövrdə dövlətin işləkliyini, beynəlxalq arenada təmsilçiliyini, gücünü və təsir imkanlarını qorumaq üçün konstitusiya dəyişikliyini zəruri hesab edir. Nəhayət, gec-tez konstitusiya dəyişikliyi üçün referendum keçiriləcək. Lakin bu prosesin 2026-cı ildə baş verməsi inandırıcı görünmür. Daha real ehtimal odur ki, bu məsələ ən azı 2027-ci ilə qədər təxirə salınacaq".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:53
embedMənbə:https://sherg.az
archiveBu xəbər 17 Dekabr 2025 19:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see318

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see308

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see289

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see267

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see258

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see245

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see219

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see214

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see199

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see199

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see190

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see183

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see177

İlham Əliyev bu gəncləri mükafatlandırdı SİYAHI

30 Yanvar 2026 16:40see173

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see156

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see154

Türkiyə serialları ailə və mədəni dəyərləri zəhərləyir Aydın Xam Əbilov

30 Yanvar 2026 19:07see152

İsveçrədəki məhkəmə prosesi İtaliya ilə gərginliyə səbəb olub

30 Yanvar 2026 22:47see151

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see151

Hikmət Hacıyev: Azərbaycan İrandakı vəziyyətlə bağlı ABŞ ilə müzakirə aparmayıb

30 Yanvar 2026 23:20see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri