Türkiyədə MƏRC QALMAQALI: Qalatasaray ın sabiq idman direktoru da saxlanıldı
Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.
Türk futbolunu sarsıdan mərc qalmaqalında yeni şübhəlilər ortaya çıxıb. Geniş araşdırma nəticəsində 14-ü aktiv futbolçu olmaqla cəmi 29 şübhəli haqqında saxlanılma qərarı çıxarılıb.
Oxu.Az "Türkiyə Qəzeti"nə istinadən xəbər verir ki, araşdırmada diqqət çəkən adlardan biri "Qalatasaray"da bir müddət idman direktoru olmuş Erden Timurdur.
Aparılan yoxlamalar nəticəsində onun bank hesablarında şübhəli maliyyə əməliyyatları aşkar edilib.
Prokurorluqdan mövzu ilə bağlı verilən açıqlamaya görə:
- İqtisadi Cinayətləri Araşdırma Komissiyasından (MASAK) və qanuni mərc saytlarından əldə edilən məlumatlar, Peşəkar Futbol İntizam Komitəsinin (PFDK) qərarları və əvvəlki iki əməliyyatda başqa şübhəlilərdən ələ keçirilən rəqəmsal əşyaların araşdırılması nəticəsində müəyyən edilən dəlillər əsasında;
- Əvvəlki iki eyni zamanlı saxlanılma, axtarış və müsadirə əməliyyatlarında haqqında işlər aparılan həbsdə olan bir şübhəli ilə əlaqəli olan və araşdırma mövzusu olan cinayət iddialarıyla bağlantılı şübhəli maliyyə əməliyyatları olduğu qiymətləndirilən 7 şübhəli;
- Oyun nəticəsinə təsir edəcək şəkildə olduğu anlaşılan 26.10.2024-cü il tarixli "Kasımpaşa" - "Samsunspor" futbol matçına mərc oynayan 6 şübhəli;
- Bank hesablarının araşdırılması nəticəsində şübhəli maliyyə əməliyyatları və bununla bağlantılı mərc hesabı olduğu aşkar edilən Türkiyə Futbol Federasiyasında (TFF) vəzifəli 1 şübhəli;
- Keçmişdə "Qalatasaray" klubunda yüksək vəzifə tutan Erden Timur və bank hesablarının araşdırılması nəticəsində 6222 saylı Qanunun 11-ci maddəsi, 5549 saylı Qanuna və 7258 saylı Qanuna zidd olduğu dəyərləndirilən və bir-biriylə bağlantılı olacaq şəkildə şübhəli maliyyə əməliyyatlarının olduğu aşkar edilən 1 şübhəli;
- Oyun nəticəsinə təsir edəcək şəkildə (öz komandasının matçına rəqib komanda qalib gələr şəklində mərc oynama) mərc oynayan futbolçu 14 şübhəli olmaqla cəmi 29 şübhəli haqqında İstanbul mərkəzli ümumi 11 fərqli şəhərdə bu gün eyni zamanda yaxalama, saxlanılma, axtarış və müsadirə əməliyyatı həyata keçirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 26 Dekabr 2025 11:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















