Türkiyədə NATO nun regional qərargahı YARADILACAQ
Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Türkiyədə NATO planlarına uyğun olaraq Türk Korpusunun regional qərargahı yaradılır.
Redaktor.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Məlumata əsasən, söhbət Türkiyənin müdafiəsini alyans qüvvələri ilə birlikdə əlaqələndirəcək Çoxmillətli Korpus – Türk Regional Korpusu (MNC-T) strukturundan gedir.
Qeyd olunub ki, qərargahın həm NATO daxilində əməliyyatların əlaqələndirilməsi, həm də zərurət yarandıqda yerləşdirilən qoşunlara komandanlıq etmək funksiyasını yerinə yetirməsi gözlənilir.
Bildirilir ki, təşəbbüs Türkiyə ilə NATO arasında hərbi əməkdaşlığı gücləndirmək və regionda operativ cavab imkanlarını artırmaq məqsədi daşıyır.
Plana əsasən, yeni qərargah mümkün böhran vəziyyətlərində alyansın fəaliyyətinin koordinasiyasında mühüm rol oynayacaq.
Aminə ŞAHSUVARQIZI
Baxış sayı:118
Bu xəbər 02 Aprel 2026 16:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















