Türkiyədə Novruzun rəsmi bayram elan edilməsinə dair qanun layihəsi hazırlanacaq
Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Türkiyədə Ramazan bayramı ilə əlaqədar doqquzgünlük tətildən qısa müddət sonra hakim Ədalət və İnkişaf Partiyası (AK Parti) Novruzun ölkədə rəsmi bayram olmasına dair qanun layihəsinin hazırlanmasına başlamağı planlaşdırır.
AZƏRTAC xəbər verir ki, bu barədə “Cümhuriyet” qəzeti partiyadakı mənbələrə istinadla məlumat yayıb.
Nəşr xatırladır ki, bu təşəbbüs daha əvvəl Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən irəli sürülüb. O, Novruzun Türk dünyası üçün ortaq bayram olmasının vacibliyini vurğulamışdı.
Qəzetin yazdığına görə, qanun layihəsi AK Parti sədrinin türk dövlətləri ilə əlaqələrə cavabdeh olan müavini Kürşat Zorlunun rəhbərliyi ilə hazırlanacaq.
“Cümhuriyet” yazır ki, partiya bu bayramın türk xalqlarının mədəni yaxınlaşmasına yeni töhfə olacağına əmindir.
Ramin Abdullayev
AZƏRTAC -ın xüsusi müxbiri
Ankara
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 02 Aprel 2025 12:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















