Icma.az
close
up
RU
Türkiyədə olan Azər Rəşidoğlu: “Dedilər ki, cənab Prezident müalicəni şəxsi nəzarətinə götürüb”

Türkiyədə olan Azər Rəşidoğlu: “Dedilər ki, cənab Prezident müalicəni şəxsi nəzarətinə götürüb”

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

“Tanıyanlar bilir ki, heç kəsi mənfi yükləməyi sevmirəm. 

Doğmamın yasına gələni də neqativ yükləmədən, kədərimi gizlədərək qarşılamışam, xəstəxanaya ziyarətimə gələni də. Son aylar ərzində məndən asılı olmayan səbəblər üzündən xəstəliyimlə bağlı statuslarım üstünlük təşkil edir. İnanın ki, neqativ yüklü məlumatlara hamıdan çox özüm üzülürəm.

Lakin səhhətimlə maraqlanan, mənəvi yardım edən hər kəsə təşəkkür borcumu ödəmək, onlardan halallıq almaq istəyirəm. Dostlarım müalicəmlə bağlı cənab Prezidentə və Birinci vitse-prezidentə müraciət edəndə də xeyli tərəddüd etdim və “Qazilərimizin müalicəyə ehiyacı var”,- dedim. Xəstəlik irəliləyirdi və odur ki, müalicəni gecikdirmək olmazdı. 

Əgər ömür vəfa etsə, bütün bunları yazmağa başladığım kitaba daxil edəcəyəm. Bəzi həkimlərin, hətta vətəndaş cəmiyyətində “müstəqil fikirli” hesab etdikləri Hippokrat andı içənlərin mənə vurduğu maddi və mənəvi ziyanları açıqlayacağam və adlar çəkəcəyəm”. 

“Cebheinfo.az” xəbər verir ki, bunu hazırda Türkiyədə müalicə olunan tanınmış jurnalist Azər Rəşidoğlu deyib. 

“İndi bəzi şəxslərə təşəkkür borcumu ödəmək istəyirəm. Milli Məclisin deputatları – Aqil Abbas, Razi Nurullayev, Elçin Mirzəbəyli, Erkin Qədirli mənimlə bağlı edilən müraciətə dərhal imza atdılar. Xalq artisti Mehriban Zəki, QHT rəhbərləri, ziyalılara sonsuz təşəkkürlərim var. 

Media rəhbərləri, jurnalistlər daim məsələni diqqətdə saxladılar. Lakin yaxşılıq edənləri sadalamaqla, yaxşılıq etməkdən imtina edənləri də yada salmaq lazım gəlir. Bir media kapitanı açıq şəkildə müraciətə imza atmaqdan imtina etdi. Cəmi bir nəfər. “General”. İncimirəm və haqqımı halal edirəm. Amma bir məqam var ki, onu qeyd etməyə borcluyam. 

Dostların yardımı gözləniləndir. Bəs dost olmayanın?! Jurnalist Eynulla Fətullayevlə münasibətlərimizdə son vaxtlar anlaşılmazlıq olub. Lakin bu məsələdə şəxsən Eynulla bəyin və onun rəhbərlik etdiyi saytın diqqətini daim hiss etdim. Haqqın. az saytına təşəkkürümü bildirirəm. Eynulla Fətullayevin soyuq münasibətdə olduğu bir sıravi jurnalistə elədiyi yaxşılığın bir adı var – KİŞİLİK! Kişilik ancaq dastanlarda qalmayıbmış. 

Müdirim Zahir Əzəmətə və doğma Qaynarinfo-ya sonsuz təşəkkürlər! 
Maddi və mənəvi problemlər içində çabalayan bir jurnalistə Heydər Əliyev Fondunun etdiklərinin miqyası ölçülə bilməz. Söhbət tək maddi yardımdan da getmir. Təsəvvür edin, gecə saat 3-də otelə girirsən, texniki problem yaranır və Fondun nümayəndəsini yuxudan oyadırsan və bir doğman kimi dərhal yardım edir, sabahın açılmasını belə gözləmir. Sonra öyrənirsən ki, sən tək deyilsən, qazilər, başqa müalicə alanlar eyni qayğı ilə üzləşib. Sevindiricidir. Arxanda DÖVLƏT dayanır. 

Məni Türkiyəyə yola salanda Fondun səlahiyyətlisi lazım gələrsə, ABŞ, Almaniyaya belə göndərə biləcəklərini dedi. “Bu, mənim yox, cənab Prezidentin tapşırığıdır, siz sağalana qədər dövlət yanınızda olacaq. Cənab Prezident müalicəni şəxsi nəzarətinə götürüb”. 

Türkiyəyə ayaq basan kimi Fondun nümayəndələri qarşılayır, otelə yerləşdirir, həkim müayinəsi, dərmanlar, müalicə - hamısı ödənilir. Ən əsası hər an zəng gəlir: “Nə probleminiz var? Dövlət arxanızdadır!..”

Xəzər
“Cebheinfo.az”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 26 May 2025 12:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see266

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see196

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see184

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see159

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see157

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see153

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see152

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see152

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see145

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see145

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see140

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see140

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see139

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see133

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see130

MDU yeni akademik inkişaf mərhələsinə qədəm qoyur

17 Yanvar 2026 14:03see127

ETX yeni podkast layihəsinə başlayıb

17 Yanvar 2026 15:34see127

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri