Icma.az
close
up
RU
Türkiyədə özünü Azərbaycanın “dostu” adlandıranlar niyə susur?

Türkiyədə özünü Azərbaycanın “dostu” adlandıranlar niyə susur?

Icma.az bildirir, Lent az portalına istinadən.

Türkiyədə vaxtaşırı Azərbaycana qarşı kampaniyalar baş qaldırır. 

Hər dəfə sanki bir dalğa olur, müxtəlif səviyyələrdə Azərbaycan əleyhinə aksiyalar təşkil edilir. Ölkəmizlə yanaşı, Türkiyə iqtisadiyyatına milyardlarla sərmayə qoyan SOCAR-a qarşı da zaman-zaman basqılar olur, media və sosial mediada ittihamlar səsləndirilir. 

Təəssüf doğuran hal budur ki, bu kampaniyalar vaxtı da, son informasiya hücumları zamanı da Türkiyədə özünü Azərbaycanın dostu adlandıranların çoxu susmağa üstünlük verir.

İstisna kimi akademik dairələrin nümayəndələrini bəzi siyasətçiləri, diplomatları, mədəniyyət nümayəndələrini göstərmək olar. Hər dəfə dezinformasiya və böhtan kampaniyaları zamanı Azərbaycanın haqlı mövqeyini müdafiə edənlər də var. Bu şəxslərdən Aygün Attarı, Türkiyənin Azərbaycandakı keçmiş səfiri Hulusi Kılıçı və digərlərinin adını çəkmək olar.

Aygün Attar Türkiyədə zaman-zaman ortaya çıxan bu kampaniyalara qarşı daim səsini ucaldıb, bu əməllərin yolverilməz olduğunu bildirib. O, Azərbaycan-Türkiyə dostluğuna, qardaşlığına zərbə vuran əsassız ittihamların cavabını yerindəcə verib, bu kimi addımların münasibətlərimizi sarsıdacağına dair həyəcan təbili çalıb. Aygün Attar hətta bir neçə il əvvəl Türkiyənin o vaxtkı daxili işlər naziri Ali Yerlikayaya müraciət edərək, xalqı nifrətə, kin-küdurətə sövq edən davranışlar sərgiləyən, Azərbaycana qarşı düşmənçilik edən şəxslərin hüquq çərçivəsində cəzalandırılmasını istəmişdi. 

Aygün Attardan fərqli olaraq, Türkiyədə bir çoxu Azərbaycanla “dostluğu” yalnız özlərinin şəxsi və ailə məsələləri ilə bağlı saysız-hesabsız xahişlər etməkdə görür, ölkəmizə qarşı aparılan haqsız kampaniyalar zamanı səsini çıxarmır.

Buna misal kimi Türkiyə Böyük Millət Məclisinin (TBMM) deputatı və Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Şamil Ayrımı qeyd etmək olar. Azərbaycan hökuməti ona bir neçə dəfə yüksək mükafatlar verib. Şamil Ayrım “Dostluq” ordeni (2020), “Heydər Əliyevin 100 illiyi” medalı (2025), “Tərəqqi” medalı və s.-lə təltif olunub.

Əldə olunan məlumata görə, Şamil Ayrım hər dəfə Azərbaycana gələndə öz şəxsi işləri ilə bağlı müxtəlif xahişlər edir, qızı bu gün SOCAR Türkiyədə rəhbər vəzifədədir, az qala nəvələrini də SOCAR-ın Avropadakı strukturlarında işlə təmin etdirməyə çalışır. Lakin Türkiyədə Azərbaycana qarşı aparılan qarayaxma kampaniyaları zamanı Şamil Ayrımın səsini çıxardığını görməmişik. 

Dövlət tədbirlərində, Şuşada keçirilən tədbirlərdə iştirak, çıxış və rəqs etmək asandır. Amma Azərbaycan haqsız hücumlara məruz qalanda bir neçə ümumi fikirlərlə kifayətlənmək "dostluq" demək deyil. 

Bu sırada Şamil Ayrım tək deyil. Ondan başqa da adi vaxtlarda özlərini Azərbaycan sevdalısı kimi qələmə verənlər var ki, indi onlardan da səs çıxmır. Özünü sözdə Azərbaycanın “dostu” kimi təqdim edənlərin ölkəmizə qarşı haqsızlıqlara səs çıxarmaması onların nə qədər səmimi olduğunu bir daha ortaya qoyur. 

Dost dar gündə tanınar. Türkiyəli “dostların” Azərbaycana qarşı çirkin kampaniyalar zamanı tutduğu mövqe isə bu deyimlə heç üst-üstə düşmür. 

Bir şeyi də diqqətə çatdırmaq yerinə düşər ki, tarix hər şeyi yaddaşına köçürür – yaxşını da, pisi də. Azərbaycan dövləti və xalqı da kimin ona necə münasibət göstərdiyini heç vaxt unutmur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://lent.az
archiveBu xəbər 07 Oktyabr 2026 12:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see357

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see297

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see296

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see296

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see288

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see280

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see273

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see271

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see271

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see259

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see253

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see252

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see252

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see249

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see248

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see244

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see239

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see238

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see227

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see223
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri