Türkiyədə "Çakır"dan sonra “Eşref Tek” üçün də ehsan payladılar VİDEO
Icma.az bildirir, Bakupost portalına istinadən.
Türkiyənin Bursa vilayətinin İznik rayonunda məşhur “Eşref Rüya” serialının sevilən obrazı “Eşref Tek” üçün qeyri-adi anım mərasimi keçirilib.
Bakupost.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, serial ssenarisinə əsasən, obrazın “ölümü”ndən sonra pərəstişkarlar İznik Ayasofya Məscidinin qarşısında toplaşaraq ehsan paylayıblar.
İştirakçılar həm lokma paylayıb, həm də obraz üçün dua ediblər. Bəzi vətəndaşların əllərini açaraq dua etməsi və emosional anlar yaşaması diqqət çəkib.
Mərasimə qatılan Əli Karaman əvvəlcə aktyorun real həyatda vəfat etdiyini düşündüyünü, daha sonra isə bunun yalnız serialdakı ssenari olduğunu öyrəndiyini bildirib: “Əvvəlcə həqiqətən öldüyünü sandım, sonra serialda olduğunu bildim. Çox təəccübləndim”.
Hadisə sosial mediada da maraqla qarşılanıb və serial personajlarının tamaşaçılar üzərində yaratdığı təsirin növbəti nümunəsi kimi qiymətləndirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:135
Bu xəbər 17 İyun 2026 10:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















