Türkiyədə saxlanılan məşhur müğənni İrem Dericinin bu gün nişanı olacaqdı
Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.
Türkiyənin İstanbul şəhərində keçirilən irimiqyaslı narkotikdən istifadəni təşviq etməkdə ittiham üzrə keçirilən əməliyyatda çox sayda tanınmış simaya qarşı cinayət işi açılıb. Evlərindən çıxarılaraq sağlamlıq mərkəzinə aparılan məşhurlardan biri də müğənni İrem Dericidir ki, onun bu gün (8 oktyabr) sevgilisi DJ Melih Kunukçu ilə nişanlanacağı gözlənilirdi.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Türkinform" məlumat verib.
Məlumata görə, müğənni uzun müddətdir münasibətdə olduğu sevgilisi ilə ailəsi arasında keçiriləcək sadə mərasimlə nişanlanacaqdı. İrem Dericinin bu günə planlaşdırılan nişan mərasimi ilə bağlı təşkilati tədbirlər dayandırılıb. Əməliyyat çərçivəsində Derici də digər məşhurlar kimi, qan nümunələrinin götürülməsi üçün sağlamlıq mərkəzinə aparılacaq.
Xatırladaq ki, bu ilin avqust ayında yaxın dostları Burak Bulut və Eda Sakızın toyunda çıxış edən İrem Derici həmin gecə unudulmaz anlar yaşamışdı. Melih Kunukçu səhnəyə çıxaraq müğənninin qarşısında diz çökmüş və evlilik təklif etmişdi.
"Həyatımın ən böyük şokunu yaşayıram. Sonsuza qədər bəli!" - deyə Derici sürpriz qarşısında təəccüblənərək cavablamışdı.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 08 Oktyabr 2025 11:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















