Icma.az
close
up
RU
Türkiyədə Seyran Səxavətin romanları ilə bağlı dissertasiya müdafiə EDİLDİ

Türkiyədə Seyran Səxavətin romanları ilə bağlı dissertasiya müdafiə EDİLDİ

Icma.az bildirir, Redaktor.az saytına əsaslanaraq.

Türkiyənin Egey Universitetinin Sosial Elmlər İnstitunun Türk dünyası ədəbiyyatları kaderasının magistr tələbəsi olmuş Sayad Həsənli tərəfindən hazırlanmış dissertasiya Seyran Səxavətin sosial-psixoloji romanlarına həsr olunub. “Seyran Səxavətin həyatı, yaradıcılığı və sosial-psixoloji romanları” (“Seyran Sahavet’in Hayatı, Sanatı ve Sosyo-Psikolojik Romanları”) başlıqlı elmi iş "Ön söz", "Xülasə", "Giriş", üç fəsil, "Nəticə" və tövsiyələrdən ibarət olub. Tədqiqatın "Giriş" hissəsində Seyran Səxavətin həyatı və ədəbi fəaliyyəti ümumi şəkildə nəzərdən keçirilib.

Redaktor.az xəbər verir ki, “Seyran Səxavətin həyatı, ədəbi şəxsiyyəti və əsərləri” adlı birinci fəsildə müəllifin həyatı, ədəbi kimliyi və fəaliyyəti həm onun xatirələrinə, həm də Azərbaycanın digər görkəmli ədəbi şəxsiyyətlərinin fikirlərinə və biblioqrafik mənbələrə əsaslanaraq analiz edilib. “Seyran Səxavətin romanları” adlı ikinci fəsildə isə yazıçının sosial-psixoloji romanları — “Daş Evlər”, “Nekroloq” və “Yəhudi Əlifbası” romanlarının hər biri, beynəlxalq roman analizi texnikası əsas götürülərək ad-məzmun, sujet xətti, obrazlar aləmi, tema, zaman-məkan, dil və üslub, baxış bucağı və təhkiyəçi nöqteyi-nəzərindən təhlil edilib.

Bundan əlavə, romanların müqayisəli təhlilinə yer verilib. “Sosial-psixoloji romanlarında cəmiyyət və fərd problemi” başlıqlı üçüncü fəsildə isə ədəbiyyat, cəmiyyət və fərd anlayışlarının elmi ədəbiyyatda necə işlənildiyi araşdırılıb və mövzunun əhəmiyyəti vurğulanıb. Bu fəsildə yazıçının romanlarında fərd və kollektiv, özgələşmə anlayışları sosial-psixoloji çərçivədə, obrazlar və yazıçı-təhkiyəçi-tarix əsasında araşdırılıb. "Nəticə" hissəsində tədqiq edilən əsərlərin analizi zamanı əldə edilən əsas məqamlar təqdim edilib, həmçinin gələcəkdə bu istiqamətdə elmi araşdırmalar aparmaq niyyətində olan tədqiqatçılara tövsiyələr verilib.

Qeyd edək ki, Azərbaycan ədəbiyyatının önəmli imzalarından olan və özünəməxsus üslubu ilə seçilən Seyran Səxavətin “Daş Evlər”, “Nekroloq” və “Yəhudi Əlifbası” romanlarının tədqiq edildiyi bu dissertasiya Seyran Səxavətin əsərləri ilə bağlı ən geniş və hərtərəfli araşdırmalardan biri olmaqla yanaşı, onun romanlarının sosial-psixoloji aspektdən incələndiyi ilk tədqiqatdır. Dissertasiya Türkiyənin Milli Dissertasiya Mərkəzində ("Ulusal Tez Merkezi") yayımlanıb.

Vasif

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:162
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 18 Fevral 2025 17:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see264

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see232

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see220

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see219

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see218

“Qarabağ” “Ayaks” oyunu başladı CANLI (YENİLƏNİR)

10 Dekabr 2025 21:49see181

Bakıda qəza münaqişəyə çevrildi

10 Dekabr 2025 09:38see164

Warner Bros. üçün 108 milyard dollarlıq təklif

11 Dekabr 2025 00:43see161

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see144

ABŞ Zelenskinin sülh müqaviləsi üçün daha sərt şərtlər irəli sürüb

09 Dekabr 2025 16:12see142

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see139

Sifarişlə adam öldürmüşdü ALMANİYADAN GƏTİRDİLƏR

10 Dekabr 2025 09:37see138

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see135

Sahil Kərimli: “Orta Dəhliz bölgənin əhəmiyyətini daha da artırır” FOTO

09 Dekabr 2025 22:43see130

Meteuş Koxalski: “Çox əsəbiyəm”

11 Dekabr 2025 01:30see129

Ermənistanda SENSASİYA: Müharibə vaxtı onları Azərbaycan ordusu öldürməyib

10 Dekabr 2025 03:13see128

İlham Əliyev və Rixard Raşinin görüşü əməkdaşlığı dərinləşdirmək planlarını təsdiqlədi

09 Dekabr 2025 18:24see128

“Real Madrid” də məğlub oldu Yenilənib

11 Dekabr 2025 02:23see125

Stiven Siqal: “Amerika kinosu daha obyektiv olmalıdır”

11 Dekabr 2025 02:45see123

Fransada uşaq və yeniyetmələrin sosial şəbəkələrə girişi məhdudlaşdırılacaq

11 Dekabr 2025 03:26see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri