Türkiyədə terrorun sonu bu qüvvələri kədərləndirir Ərdoğan
Icma.az, Sia Az portalına istinadən məlumat yayır.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rəhbərlik etdiyi hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) yaradılmasının 25-ci ildönümü münasibətilə keçirilən tədbirdə mühüm fikirlər səsləndirib. Türkiyə lideri xüsusilə terrora qarşı mübarizə barədə danışıb.
"Terrorun sonu bu gün kimləri kədərləndirir? Türkiyəyə qarşı planları olanları! Bu qanayan yaradan daha 40 il faydalanmaq istəyən qüvvələri. Bu ölkədə analar artıq ağlamayacaq, uşaqlar yetim, qadınlar dul qalmayacaq. Ölkəmizin enerjisi boşa getməyəcək.
Çoxqütblülüyə doğru transformasiya olan beynəlxalq sistemin fəal iştirakçısına çevrilən Ankara milli maraqları müdafiə etməklə yanaşı, diplomatiyaya, dialoqa və humanitar məsuliyyət prinsipinə üstünlük verir. Biz regionda sabitliyi gücləndirməyə və daha ədalətli dünya nizamına töhfə verməyə çalışırıq", - deyə Ərdoğan vurğulayıb.
Mətləb
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 15 Avqust 2026 05:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















