Türkiyədə torpaq sürüşməsi olub, Sahil yolu bağlanıb
Newscenter.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Türkiyədə torpaq sürüşməsi baş verib.
Newscenter.az-ın Türkiyənin Fövqəladə Halların İdarəedilməsi Agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə Artvin vilayətində qeydə alınıb. Belə ki, bu səhər Artvində Hopa-Kemalpaşa keçidinin Köpmüş bölgəsində baş verən sürüşmə nəticəsində Qara dəniz Sahil Yolu nəqliyyatın hərəkətinə bağlanıb.
Məlumata görə, bölgədə bir müddətdir şiddətli yağan yağışlar dünəndən etibarən Hopa, Arhavi və Kemalpaşa rayonlarında çoxlu sürüşmələrə səbəb olub. Ən son, bu gün səhər saatlarında Hopa və Kemalpaşa rayonları arasındakı Köpmüş bölgəsində magistral yola yamaclardan torpaq və qayalar düşüb.
Qara dəniz sahil yolu sürüşmə səbəbindən hər iki istiqamətdə bağlanıb.
Mehman Mehdiyev
Bu mövzuda digər xəbərlər:Türkiyədə torpaq sürüşməsi
19 Noyabr 2024 09:47
Qubada torpaq sürüşməsi olub, kəndin əsas yolu bağlanıb
12 Aprel 2025 11:47
Türkiyədə torpaq sürüşməsi olub, ölən və yaralılar var
19 Noyabr 2024 10:25
Türkiyədə torpaq sürüşməsi olub: Ölən və yaralılar var
19 Noyabr 2024 09:46
Baxış sayı:109
Bu xəbər 10 Sentyabr 2025 20:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















