Türkiyədə zəlzələ oldu
Icma.az, Milli.az portalına istinadən məlumat yayır.
Türkiyənin cənubundakı Adana vilayətində səhər saatlarında 5 maqnitudalı zəlzələ baş verib, yeraltı təkanlar daha dörd qonşu vilayətdə hiss olunub.
Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) məlumatına görə, hər hansı mənfi hal və dağıntı qeydə alınmayıb.
AFAD-ın "X" sosial şəbəkəsində yayımladığı açıqlamada deyilir:
"Adana vilayətinin Saimbəyli rayonunda saat 04:02-də baş verən və Kahramanmaraş, Osmaniyə, Kayseri və Qaziantep vilayətlərində də hiss olunan 5 maqnitudalı zəlzələdən sonra hazırda hər hansı mənfi hal qeydə alınmayıb. Ərazidə araşdırmalar davam etdirilir".
Adana vilayəti rəhbərliyi də zəlzələdən sonra dağıntılarla bağlı təcili xidmətlərə hər hansı müraciətin daxil olmadığını bildirib.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:47
Bu xəbər 21 Sentyabr 2026 09:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















