Türkiyədəki hadisələrdə kənar əllərin iştirakı aydın görsənir Partiya sədri
Sherg.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"Türkiyədəki hadisələrdən narahatıq. Hansısa ad altında sabitliyi pozmaq, küçənin hakimiyyətini gündəmə gətirmək, ölkəni kimlərinsə əlqullarına çevirmək istəyənləri təqdir etmirik".
Azad Vətən Partiyasının sədri Akif Nağı "Sherg.az"a açıqlamasında deyib ki, burada kənar əllərin iştirakı aydın görsənir:
"Ərdoğan Türkiyə , Türk-Turan dünyası üçün vacib şəxsdir. Onun getməsini istəyənlər o gedəndən, onun yeri boşalandan sonra səhvlərini başa düşəcəklər. Amma onda gec olacaq. Türkiyə hüquqi dövlətdi, kimisə həbs edibsə, deməli, əsası olmamış deyil. Məhkəmənin qərarına hörmətlə yanaşılmalıdır. Küçəyə çıxıb, ölkəni küçə, izdihamın gücü ilə idarə etmək cəhdi yaxşı hal deyil. Dövlət küçənin hay-küyü ilə, zoru ilə deyil, qanunun gücü ilə idarə olunmalıdır. İmamoğlunu hakimiyyətə gətirmək istəyənlər, deyəsən, "rəngli inqilab" yolunu tutub. Hər halda hörmətli Ərdoğan bunları bilməmiş deyil. Təhqir yox, oxşarlıq mənasında deyirəm, ermənisifət İmamoğlu hakimiyyətə gələ bilsə, onda Ərdoğanın qədrini biləcəklər. Bir şeyi də müşahidə etdim. Bizdə də bəzi qruplar Qərbdən gələn siqnalla artıq dingildəyirlər".
Baxış sayı:49
Bu xəbər 24 Mart 2025 12:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















