Icma.az
close
up
RU
Türkiyədən Azərbaycana ən xoş salamlar...

Türkiyədən Azərbaycana ən xoş salamlar...

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat yayır.

Prezident Rəcəb Tayyib Ərdoğan: Şəxsən öz adımdan və bütün türk xalqı adından qardaşım İlham Əliyevə xüsusi minnətdarlığımı bildirirəm

Qardaş Türkiyə 6 fevral 2023-cü il tarixində sonradan “Əsrin faciəsi” adlandırılan dağıdıcı zəlzələnin şokunu yaşadı. Təbii fəlakətin miqyası kifayət qədər böyük olub. Dağıdıcı zəlzələdə 53 min 537 nəfər həyatını itirib, 107 min 213 nəfər isə müxtəlif bədən xəsarətləri alıb.

Bu günlərdə faciənin ikinci ildönümü ilə əlaqədar Türkiyənin Adıyaman vilayətində mərasim təşkil olunub. Tədbirdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dağıdıcı zəlzələlərin nəticələrinin aradan qaldırılmasına ölkəmizin töhfəsinə görə Azərbaycanın Ankaradakı səfiri Rəşad Məmmədova xatirə plaketi təqdim edib. Xatirə plaketinin üzərində “Əsrin fəlakəti fonunda göstərilən nümunəvi həmrəylik, dəstək və fədakarlıq yaddaşımızda əbədi olaraq qalacaq və ölkəmizin gələcəyinin qarantı olan yeni vətəndaş nəsilləri üçün ilham mənbəyinə çevriləcəkdir” sözləri əks olunub.

“Bir yumruq”, “Can Azərbaycan”

Ölkələrarası münasibətlərə təsir göstərən çoxsaylı amillər sadalamaq mümkündür. Azərbaycan və Türkiyənin getdikcə möhkəmlənən münasibətlərinə gəldikdə isə bunu həm dövlətlərin və şəxsən prezidentlərin qətiyyətli siyasi iradələri, həm də cəmiyyətlərimizin səmimi istəyi şərtəndirir. Hər iki ölkənin tarixi şəxsiyyətləri Türkiyə və Azərbaycan arasındakı münasibətlərlə bağlı artıq aforizmə çevrilən ifadələr işlədiblər. Azərbaycan xalqının Ulu Öndəri Heydər Əliyev iki ölkə arasındakı münasibətləri “Bir millət, iki dövlət” fəlsəfəsi ilə ifadə edib. Böyük Atatürk isə deyirdi: “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”.

Bu gün böyük şəxsiyyətlərin ruhu şaddır. Çünki onların istəkləri, arzuları yerinə yetirilir. Eyni zamanda, Azərbaycanın və Türkiyənin hazırkı liderləri də sarsılmaz dostluğumuza aid böyük məna yükü olan ifadələr işlədiblər. Bir-birinə səmimiyyətlə “əziz qardaşım” deyə xitab edən Prezident İlham Əliyev və Prezident  Rəcəb Tayyib Ərdoğan dəfələrlə bildiriblər ki, onlar Türkiyədə və yaxud Azərbaycanda olarkən hər iki məkanda özlərini doğma evlərindəki kimi hiss edirlər. Dövlətimizin başçısı müstəqil Azərbaycanın qurucusu Heydər Əliyevin fikirlərini davam etdirərək iki qardaş ölkə arasındakı münasibətləri “Bir yumruq” kimi səciyyələndirib. Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan da ölkəmizlə bağlı danışanda bir qayda olaraq “Can Azərbaycan” ifadəsini işlədir. “Bir yumruq” və “Can Azərbaycan” ifadələri hər iki dövlət başçısının qəlbinin dərinliklərindən gəlir və xalqlarımızın, cəmiyyətlərimizin münasibətləriini ifadə edir.

Tarixi şəxsiyyətlərin, bugünkü dövlət başçılarının Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı belə dərin məna yükünə malik olan fikirlər ifadə etmələri təsadüfi deyil. Azərbaycan və Türkiyənin yeni bağlarla möhkəmlənən qardaşlığı tarixdən gələn ənənələrlə, eyni milli-mənəvi dəyərlərə əsaslanır. Yaranan gözəl ənənəni də xatırlatmaq yerinə düşər. Qardaş ölkələrdə  keçirilən prezident seçkilərindən sonra xalqın etimadını qazanan liderlər ilk səfərlərini Türkiyəyə və yaxud Azərbaycana edirlər. Eyni zamanda, Türkiyədə və Azərbaycanda baş tutan ən mötəbər tədbirlərdə adətən İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan birlikdə iştirak edirlər. Bu o anlama gəlir ki, hər iki ölkə bir-birinin uğurunu özününkü sanır və buna sevinir.

Çətin günlərin dostları

Həmçinin Azərbaycan və Türkiyə çətin günlərin dostlarıdırlar. Qardaş ölkə artıq tarixdə qalan Qarabağ münaqişəsinin davam etdiyi üç onillik ərzində həmişə Azərbaycana dəstək verirdi. Biz Türkiyənin qətiyyətli dəstəyini 44 günlük Vətən müharibəsi zamanı bir daha gördük. Müharibənin ilk günlərindən başda qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğan olmaqla Türkiyənin əksər yüksəksəviyyəli rəsmiləri Azərbaycanın yanında olduğunu bildirən bəyanatlarla çıxış etdilər. Türkiyənin bu mənəvi-siyasi dəstəyi Azərbaycana güc verdi. Nəticədə, Silahlı Qüvvələrimiz 44 günlük müharibədə şanlı Qələbə qazanaraq respublikamızın ərazi bütövlüyünü təmin etdi. Postmüharibə mərhələsində də qardaş Türkiyə Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə start verdiyi genişmiqyaslı bərpa işlərində yaxından iştirak edir.

Eyni zamanda. Azərbaycanın da Türkiyəyə münasibətdə həmişə vəfa borcuna sadiq qaldığına aid çoxlu misallar sadalamaq mümkündür. İki il bundan əvvəl qardaş Türkiyədə baş verən faciəni də Azərbaycan öz kədəri kimi qəbul edib. Faciə xəbəri alınandan dərhal sonra - fevralın 6-da Prezident İlham Əliyev Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu ünvanlayaraq bu ağır məqamda ölkəmizin hər cür yardım göstərməyə hazır olduğunu bildirib.

Azərbaycanın nümunəvi həmrəyliyi

Baş vermiş dağıdıcı zəlzələnin nəticələrinin aradan qaldırılmasında respublikamız nümunəvi həmrəylik göstərib. Azərbaycan yardıma birinci gələn və fəlakət bölgəsini son tərk edən ölkə olub. Zəlzələnin ilk günü - fevralın 6-da Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Fövqəladə Hallar Nazirliyinin 420 nəfərdən ibarət çevik xilasetmə qüvvələri Türkiyəyə yola düşüb. Fevralın 7-də ilkin olaraq mobil səhra hospitalı və 41 nəfərdən ibarət peşəkar tibbi və qeyri-tibbi heyət Türkiyəyə göndərilib. Daha sonra isə növbəti təyyarə ilə dağıntılardan ziyan çəkmiş insanların yerləşdirilməsi üçün çadırlar, ədyal və qızdırıcılar, habelə mobil səhra hospitalı üçün 3 ədəd konteyner göndərilib. Fevralın 8-də Fövqəladə Hallar Nazirliyinin daha 227 nəfərdən ibarət çevik xilasetmə qüvvələri qardaş ölkəyə yola düşüb. Dövlət xətti ilə texniki dəstək və humanitar yardımlar sonrakı günlərdə də ardıcıl şəkildə davam etdirlib. Bundan başqa, birinci xanım Mehriban Əliyevanın göstərişi ilə Heydər Əliyev Fondu Türkiyənin zəlzələ bölgəsinə humanitar yardımlar yola salıb.

Kahramanmaraşda “Azərbaycan” məhəlləsinin yaradılması ölkəmizin Türkiyəyə qardaşlıq dəstəyinin daha bir nümunəsidir. Layihə 100 milyon dollarlıq tikinti işlərini əhatə edir. Kahramanmaraş vilayətində inşa olunan “Azərbaycan” yaşayış məhəlləsinin ümumi sahəsi 32 hektar təşkil edir. Layihəyə əsasən məhəllə yaşayış binaları, ibtidai məktəb və uşaq bağçası, mədəniyyət mərkəzindən ibarətdir. Məhəllədə 71 yaşayış binasını inşası layihələndirilib.

Qardaşlıq dəstəyi yüksək qiymətləndirilir

Azərbaycanın qardaşlıq dəstəyi Türkiyə dövləti və cəmiyyəti tərəfindən yüksək qiymətləndirilib. Rəcəb Tayyib Ərdoğan İlham Əliyevlə telefon danışığında hərtərəfli dəstəyə görə Azərbaycana  təşəkkürünü bildirib. “Biz necə Qarabağ müharibəsində qardaşlarımızın yanında olduqsa, Türkiyədəki fəlakətdə də İlham qardaşım bütün komandası ilə bizim yanımızda yer aldı”, - deyə R.T.Ərdoğan vurğulayıb.

Azərbaycan Türkiyəyə köməyə ilk gələn və zəlzələ bölgəsini son tərk edən ölkədir. Eyni zamanda, faciənin ikinci ildönümü ilə əlaqədar Türkiyənin Adıyaman vilayətində təşkil olunan mərasimdə Azərbaycanın Ankaradakı səfiri Türkiyə Prezidenti tərəfindən mükafatlandırılanlar siyahısında birinci olub.

Türkiyə Prezidentinin “İlk xatirə plaketi qardaş Azərbaycana təqdim edilir! Xahiş edirəm qardaşım İlham Əliyevə ən xoş salamlarımı yetirin” sözləri tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb. Ərdoğan əlavə edib: “Şəxsən öz adımdan və bütün türk xalqı adından Ona xüsusi minnətdarlığımı bildirirəm”.

Mübariz ABDULLAYEV

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:203
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 08 Fevral 2025 07:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri