Icma.az
close
up
RU
Türkiyədən İran və Rusiyaya mesaj: Başqa şansımız yoxdur

Türkiyədən İran və Rusiyaya mesaj: Başqa şansımız yoxdur

Teleqraf.com portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Suriyadakı müsbət dəyişiklikdən ən çox qazanan Türkiyə olacaq.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyə parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri, millət vəkili Fuad Oqtay deyib.

Qurum rəhbəri Suriyada Bəşər Əsəd rejiminin devrilməsi ilə bağlı bir sıra məqamlara diqqət çəkib:

"Bu prosesin yaxınlaşdığı açıq-aşkar görünürdü. İran və Rusiya prizmasından baxdıqda, Rusiyanın Ukraynadakı mübarizəsi, son vaxtlar İran və "Hizbullah"ın meydanda yaşadığı məğlubiyyətlər və problemlər Suriya rejiminin daxildəki gücünü ciddi şəkildə zəiflətmişdi".

Onun sözlərinə görə, zəifləyən rejimin silahlı müxalifətlə savaşa girməsi öz sonunu gətirdi.

Oqtay vurğulayıb ki, Türkiyənin Suriyada baş verənlərə laqeyd yanaşması mümkün deyildi:

"Prezidentimiz bəyan eləmişdi ki, qonşumuzdakı yanğın mütləq bizə də sıçrayacaq. O insanlar kimyəvi silahlarla hücuma məruz qalarkən, bizim o insanlar yoxmuş kimi davranmağımız mümkün deyildi. Biz bu haqda hər yerdə danışırdıq, təəssüf ki, səsimiz eşidilmirdi. Oradakı terror təşkilatlarının nə etdikləri ilə bağlı açıqlamalarımıza da məhəl qoyulmadı. Çünki Suriyada xəritələrin dəyişdirilməsi, terror dövlətinin qurulması, uzunmüddətli perspektivdə İsrail ərazilərinin genişləndirilməsi kimi məsələlər Qərb dövlətlərinin gündəmində olduğu üçün, təəssüf ki, heç kim Türkiyənin bu çağırışlarına qulaq asmadı. İran və Rusiya da rejimlə hərəkət etdiyi üçün xəbərdarlıqlarımıza qulaqlarını tutdular. Əslində, bunu səmimiyyətlə ifadə edən Türkiyə idi. Burada vətəndaş müharibəsi və terrordan ən çox Türkiyə və qonşu ölkələr zərər çəkib. Başda Türkiyə olmaqla, bu ölkələr həll yolu tapmaq üçün səmimi səylər göstəriblər".

Millət vəkili əlavə edib ki, Suriyadakı yeni durumdan ən çox qazanan Türkiyə olacaq:

"Əlbəttə, İran və Rusiyanın planları mövcuddur. Türkiyənin də bölgə ilə bağlı fikirləri var. Terror təhlükəsinin tam aradan qaldırılması başda gəlir. Üç milyon suriyalıya ev sahibliyi edirik, onların öz ölkələrinə könüllü və təhlükəsiz qayıtmasını təmin etmək lazımdır. Bunun üçün bölgədə rifah və sülh qorunmalıdır. Bütün bunlara baxdıqda, Türkiyə ən böyük qazananlardan biri olacaq və olmalıdır. Başqa şansımız yoxdur".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://teleqraf.com
archiveBu xəbər 22 Dekabr 2024 16:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see275

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see260

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see254

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see252

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see248

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see228

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see225

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see221

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see219

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see214

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see203

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see201

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see196

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see192

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see189

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see185

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri