Icma.az
close
up
RU
Türkiyədən ölkəyə qanunsuz tütün məmulatları və dərman gətirən qadınla bağlı QƏRAR

Türkiyədən ölkəyə qanunsuz tütün məmulatları və dərman gətirən qadınla bağlı QƏRAR

Icma.az, Pravda.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı Apellyasiya Məhkəməsində dərman vasitələrinin qanunsuz dövriyyəsində və aksiz markası ilə markalanmalı olan malları belə marka olmadan və ya məcburi nişanlama ilə nişanlanmalı olan malları nişanlanmadan xeyli miqdarda satmada təqsirləndirilən R.Məmmədovanın barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, sonuncu keçiriləm prosesdə qərar elan edilib.


Qərara əsasən, şikayət təmin edilməyib.


İttihama görə, R.Məmmədova 24 yanvar 2024-cü il tarixədək olan müddət ərzində Türkiyədən istintaqa məlum olmayan mənbədən 280 manat dəyərində 40 qutu “Marlboro touch gray”, 420 manat dəyərində 60 qutu “Parliament silver blue” markalı, Azərbaycanın aksiz markası ilə markalanmalı olan, lakin belə marka ilə markalanmamış və ya məcburi nişanlama ilə nişanlanmalı olan, 700 manat dəyərində tütün məmulatlarını, həmçinin bilə-bilə 1952 manat dəyərində 1 qutu “Nexavar 200 mg”, 1380 manat dəyərində 1 qutu “Sutent 50 mg”, 146 manat dəyərində 1 qutu “Temodal 100 mg”, 2139 manat dəyərində 3 ədəd “Cegrogen 100 ml” və 966 manat dəyərində 2 ədəd “Herzuma 150 mg” markalı qanunla dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməyən, ümumilikdə 6583 manat dəyərinə dərman vasitələrini əldə edib. Sonra o, özünə məxsus əl yüklərinin içərisində yerləşdirərək satış məqsədilə saxlayıb. Təqsirləndirilən şəxs dərman və tütün məmulatlarını satmaq üçün 24 yanvar 2024-cü il tarixdə saat 16 radələrində İstanbul-Bakı aviareysi ilə Türkiyədən Azərbaycana gətirib. Hava Limanında fəaliyyət göstərən Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Sərnişin şöbəsində gömrük nəzarəti qaydasında keçirilmiş yoxlama zamanı qeyd olunan tütün məmulatları və dərman vasitələri saxlanıldığı yerdən aşkar edilərək götürülüb.


Xəzər Rayon Məhkəməsinin hökmü ilə R.Məmmədovaya 2 il 3 ay müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası təyin edilib. 

Kamal Məmmədov 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:97
embedMənbə:https://pravda.az
archiveBu xəbər 21 Fevral 2025 10:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Musiqinin beyinə təsiri: Stressi cəmi 8 dəqiqəyə azaldan mahnı açıqlandı (VİDEO)

31 May 2025 20:03see197

İrəvan separatçıları və qanuni hədəfimiz

31 May 2025 09:09see172

Qurbanovdan sərt reaksiya: “Ən bərbad hakimlik idi”

31 May 2025 22:12see160

İran şahının sevimlisi olan Xalq artisti niyə yük maşınında qaçmışdı?

31 May 2025 09:00see134

Küsülü idilər, səhnədə barışıb evlilik təklif etdi VİDEO

31 May 2025 20:02see126

Sizi varlı göstərəcək 3 çanta modeli FOTO

31 May 2025 18:46see124

“Vəfa” yenidən səhnədə

01 İyun 2025 01:08see123

Hakimlik haqda nəsə demək istəmirəm Elvin Cəfərquliyev

31 May 2025 22:58see121

Kallas Rusiya ilə Çinin yaxınlaşmasını dövrümüzün ən böyük problemi adlandırıb

31 May 2025 12:34see119

Şəhərin mərkəzində atışma 2 ölü, 1 yaralı

01 İyun 2025 15:32see119

Miss Vorld 2025 in qalibi müəyyənləşdi Foto

31 May 2025 22:09see118

Abşeronda “təndirxana dələduzluğu”

31 May 2025 15:33see118

Mələksima Qumru quşu

01 İyun 2025 01:19see118

Gicitkəndən dondurma hazırlandı

31 May 2025 15:11see117

KƏND HƏYATINDA UŞAQ SEVİNCİ... FOTOLAR

31 May 2025 23:11see117

“OPEC+”un 8 ölkəsi iyulda hasilatı 411 min barel artırmaqla bağlı razılığa gəlib

31 May 2025 16:46see116

Barselona danışıqlarda irəlilədi

31 May 2025 19:01see116

NASA və Harvard qurban seçildi Tramp nəyi dəyişmək istəyir?

31 May 2025 22:36see114

Alkoqol içdiyiniz zaman üzünüz qızarır? Həkim təhlükə barədə xəbərdarlıq etdi

31 May 2025 07:31see112

Hikmət Hacıyev: 2020 ci ildən bəri təxminən 400 Azərbaycan vətəndaşı mina partlayışlarının qurbanı olub

31 May 2025 21:32see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri